Şriftin ölçüsü :

Saytın rəngi :

4 noyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Tarix-diyarşünaslıq Muzeyi və Bərdə rayon Kətəlparaq kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr- "Zəfər Günü" nə həsr edilmiş "Qələbə ilə taclanan Vətən" adlı tədbir keçirilib.

05 noyabr 2025 | 09:32
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun Gücündən, 44 günlük Vətən Müharibəsi zamanı qazanılan qələbəmizdən bəhs edib.
Sonda Kətəlparaq Uşaq Musiqi məktəbinin hazırladığı kompozisiyalar nümayiş etdirilib.
Keçidlər