Şriftin ölçüsü :

Saytın rəngi :

Çəmənli kəndinə təbii qaz verilişinin açılışı

20 mart 2013 | 16:00

19 mart 2013-cü il tarixdə rayonun Xanərəb kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov iştirak etmişlər.
Kəndinin qazlaşdırılması üçün 2232.8 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, hər bir  evə fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmış, 32 ailəyə təbii qaz verilmişdir. 
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya açmış, kənd ağsaqqalları İbrahim Allahverənov və Arif Mehdiyev, kənd sakini Rasim Allahverdiyev, “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov, Millət vəkili Zahid Oruc, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər.
Tədbirin sonunda kəndə təbii qaz verilişinin açılışının rəmzi əlaməti olan məşəl alovlandırılmış, kənd sakinləri ilə söhbət edilmiş, kənd sakinin evində qaz verilişi müşayət olunmuşdur.

Keçidlər