Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəsmiləri və BAMF-ın rəhbəri Bərdədə olmuşlar
16 iyul 2018 | 16:00

Qonaqlar öncə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişlər. Görüş cay süfrəsi ətrafında qarşılıqlı diskussiya və fikir mübadiləsi şəraitində keçmişdir.
Sonra nümayəndələr Bərdə Peşə liseyində olmuş, buradakı iş və təlim şəraiti ilə tanış olmuş, daha sonra Cəyirli kəndində sahibkar Musa Quliyevin pambıq sahəsində pambığın becərilməsi ilə maraqlanmış, Bərdə şəhər ərazisindəki qədim abidələr olan Bərdə türbəsi və Torpaq qalada olmuş, şəhərin mərkəzindəki Nuşabə parkını gəzmişlər.