Şriftin ölçüsü :

Saytın rəngi :

Samux kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

26 iyul 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Samux  kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Samux kəndi qazlaşdırılıb, kəndin bir hissəsinin  elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, kəndin giriş qapısı yenidən tikilib, kəndin daxili yolları 10 km qum-çınqılla əsaslı təmir edilib,   kəndin baş arxı 12 km lildən təmizlənib, kəndin baş yolu 5 km qum-çınqılla təmir edilib,  kəndin bütün inzibati binaları - 7 bina  rənglənib, kəndin girişində yolun kənarında  500 ədəd ağac əkilmiş, kəndin aşağı gərginlikli elektrik xətləri yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, abonentlər “Smartkart” sayğaclarla təmin edilib, kəndə əlavə 1 ədəd elektrik güc transformatoru quraşdırılıb, kəndin açıq dren-kanalları 5 km lildən təmizlənmişdir, kənddə suvarma üçün 2 ədəd subartezian quyusu vurulmuşdur, kənddə 5 ədəd xidmət obyekti müasir memarlıq üslubunda yenidən qurulmuşdur, kənddə qüvvəli yem istehsal müəssisə tikilmişdir, müasir memarlıq üslububda 1 ədəd stomotoloq binası tikilmişdir, kənddə xaricdən gətirilmiş 500 ədəd, yerli istehsal 1000 ədəd tut tingi əkilmişdir, kənd körpələr evi-uşaq bağçası inventar və avadanlıqlarla təmin edilmişdir. Bu kənd abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcəkdir..
         Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.  Samux kənd sakinləri Ağakişiyev Əmrah Saat oğlu Ytuxarı Qarabağ kanalı üzərində Nasos stansiyasının quraşdırılması, Mustafayeva Simuzər Kəndin baş yolunun asfaltlaşdırılması, Nəsibov Nəsib Abdulla oğlu Fərdi yaşayış evi tikilməsi, birdəfəlik maddi yardım göstərilməsi, Haqverdiyev Sərdar Savalan oğlu Oğlunun işlə təmini, Atakişiyeva İmarət Xəlil qızı pay torpağının zəbt olunması barədə məhkəmənin cavabdehin xeyrinə qərar qəbul etməsi, Ağakişiyeva Faiqə Dəmir qızı kənd körpələr evi-uşaq bağçasının təmiri, Hümbətov Sadiq Dilən oğlu Kommunal xidmət haqlarının kənddə ödənilməsi üçün “Milliön” aparatının quraşdırılması, Hümbətova Mehriyyə Talış qızı işlə təmin, birdəfəlik maddi yardım göstərilməsi, Abdülrəhimov Sahib Əyyub qızı kənd məktəbinin adını daşıdığı şəhidin büstünün kənd tam orta məktəbin həyətində qoyulması, Məmmədov Qara Faiq oğlu Ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, Muradov Elməddin Kəmaləddin oğlu ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, Abdullayev Kərim Nurməmməd oğlu həyətyanı torpaq sahəsi verilməsi  barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər