Şriftin ölçüsü :

Saytın rəngi :

Seyid Yusifli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

09 avqust 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
             Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Seyid Yusifli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Mehdixanlı kənd İnzibati Dairəsinə daxil olan kəndlər üzrə 2011-ci ildə 220 şagird yerlik İkinci Hacallı kənd tam orta məktəbi tikilib, 2011-2015-ci illərdə inzibati ərazi dairəsinin bütün kəndlərinin daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL və MKSİF tərəfuindən 21,6 km), 2017-ci ildə Yeni Daşkənd-Umudalılar yolu tikilib, inzibati ərazi dairəsinin bütün kəndləri (7 kənd) həmin yoldan istifadə edir,  2012-ci ildə İkinci Hacallı kəndinin 40 ailəsinə xidmət edən içməli su şəbəkəsi əsaslı təmir edilib (Aran), 2013-cü ildə İkinci Hacallı kəndinin böyük hissəsinin içməli su ilə təminatı üçün şəbəkə tikilib, 8 bulaq və 12 su krantı qurulub, 2014-cü ildə İkinci Hacallı kəndinin 35 ailəsinə xidmət edən su şəbəkəsi əsaslı təmir edilib (bələdiyyə), 2015-ci ildə İkinci Hacallı kənd qəbristanlığı abadlaşdırılıb, 710 metr hasar, dalan, 1 otaq, 2 bulaq tikilib (Az.KİL), İkinci Hacallı kəndində suvarma üçün 1 ədəd subartezian quyusu bərpa edilib (Aran təşkilatı), İnzibati ərazi dairəsində 7 km açıq dren-kanallar lildən təmizlənib, 2013-ci ildə Seyif Yusif Ağanın məqbərəsi tikilib, türbə avadanlıq və inventarlarla təchiz edilib, ərazidə 6,3 km yol asfaltlaşdırılb, yaşıllıq zolağı salınıb, ətrafdakı həyətlərin hasarları tikilb, 2011-2017-ci illərdə inzibati ərazi dairəsində 5 ədəd subartezian quyusu vurulub (Qayalı kəndində 1 ədəd, İkinci Hacallı kəndində 4 ədəd), 2 ədəd uzun illərdən bəri işləməyən subartezian quyusu bərpa edilmişdir.
            Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.  Seyid Yusifli kənd sakinləri   Qasımov İdris ölkə Prezidentinə minnətdarlıq edərək kohnə su quyusununbərpası, kəndin içinə sahə və həyətlərə su vurulması, Mehralıyev Afaq məskunlaşdığı yerə qaz sayğacıquraşdırılması, Qarayev Arif kanalın lildən təmizlənməsi, Quliyev Mehdi Seyid Yusifli və Tərtər rayonunun Xoruzlu kəndi arası yolun qumçınqılla təmiri, Qocayeva Nazilə kənd mədəniyyət evinin təmir olunması, Qocayev Cavanşir həyətyanı torpaq sənədinin Daşınmaz Əmlak tərəfindən verilməsi, Cəfərov Maarif  71 ha yerə artezian vurulması, Əliyev Hüseyn artezian vurulması  barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər