Şriftin ölçüsü :

Saytın rəngi :

Molla Əhmədli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

16 avqust 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
             Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Molla Əhmədli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Kolayır kənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlər üzrə  2011-cü ildə Gülgəzli kəndində Elektron ATS-ə optik kabel çəkilərək internetdən istifadə üçün şərait yaradılmışdır, 2013-cü ildə Kolayır və Mollaisalar kəndlərində içməli su şəbəkəsi tikilmiş, evlərə içməli su verilmişdir, 2014-ci ildə kəndin ərazisindən keçən suvarma arxının 7 km hissəsi lildən təmizlənib,  2015-ci ildə Mollaisalar, Mollaəhmədli və Gülgəzli kəndlərinin 22 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmişdir, 2015-ci ildə kəndlərarası 15,5 km avtomobil yolu tikilib və asfaltlaşdırılıb (bu yolun 8,2 km-i Kolayır kənd inzibati ərazi dairəsinin ərazisindən keçir), 2015-ci ildə inzibati ərazi dairəsinin 5 kəndinin hamısı qazlaşdırılıb,  kəndlərin ərazisində yol kənarlarında 1700 ədəd ağac əkilib, kəndlərarası yolun kənarlarında 6 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, 2016-cı ildə Mollaisalar və Mollaəhmədli kənd qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 1,1 km hasar tikilmiş, 3 darvaza əsaslı təmir edilmiş, 2 talvar, içməli su üçün 2 ədəd çən quraşdırılmış, 1 ədəd bulaq inşa edilmişdir, 2016-cı ildə Kolayır kəndində süd qəbulu məntəqəsinin tikilmişdir, 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Kolayır kənd inzibati ərazi dairəsində fermerlərə güzəştli şərtlərlə 27 ailəyə südlük istiqamətli cins heyvan satılmışdır, 2017-ci ildə Mollaəhmədli və Gülgəzli kəndlərində su qülləsi quraşdırılmış, küçələrdə bulaqlar tikilmişdir, 2017-ci ildə Kolayır kəndində 2500 ədəd xaricdən gətirilmiş ting, Sərkarlar kəndində 1000 ədəd yerli tut tingləri əkilmişdir.
            Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.  Molla Əhmədli kənd sakinləri  Hüseynov Zabil  Azərbaycanın bugünkü inkişafına və ölkə vətəndaşlarının göstərilən diqqət vəqyğiya görə ölkə Prezidentinə minnətdarlıq edərək kənddə içməli su üçün bir ədəd artezian quyusunun vurulması, Hüseynov Hüseynəli kəndin təzə məhlələr adlanan ərazisində elektrik şəbəkəsinin yenidən qurulması, İsgəndərov Cavanşir Kəndin örüşünün qarşısındakı kanalın lildən təmizlənməsi, Mehdiyeva Nabat Fərdi yaşayış evinə sənədlərin düzəldilməsi, zəlzələnin evinə vurduğu ziyanın aradan qaldırılmasına köməklik, Zamanova Leyla həyətinə içməli su çəkilməsi, Qasımov Oqtay Oğlunun işlə təmin edilməsi, Zamanova Şəhla Ailəsinin məşğulluq proqramına cəlb edilərək 4 baş heyvan verilməsi, Manafov Məhərrəm İçməli su şəbəkəsində suyun kəndin ucqar yerlərinə gedib çıxmaması, Aslanova Arzu fərdi yaşayış evinin təmir edilmənə kömək edilməsi, İbrahimov Əli Sərkarlar kəndinin digər yarısına içməli su şəbəkəsinin quraşdırılması, Səfərov Seymur mərkəzi yoldan kəndə dönən yolun asfaltlaşdırılması, Cəbrayılov Təhmasib süd qəbulu məntəqəsindən süd tədarükü üçün istifadə etdiyi pulu ala bilməməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər