Şriftin ölçüsü :

Saytın rəngi :

Professor Afiq Bərdəli ilə görüş.

16 mart 2013 | 16:00

15 mart 2013-cü il tarixdə Türkiyə Respublikasının Egey Universitetinin professoru Afiq Bərdəli ilə rayon sakinlərinin görüşü olmuşdur. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev iştirak etmişdir. 
Türkiyə Respublikasının Egey Universitetinin professoru Afiq Bərdəli (Hüseynov Afiq Tapdıq oğlu)  1962-ci ildə Bərdə rayonunun Arabaçılar kəndində anadan olmuş, 1979-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almış, Türkiyə Respublikasında 28 yaşında tibb elmləri doktoru adına yiyələnmişdir. 
Professor Afiq Bərdəli Türkiyənin İzmir şəhərində “Şəfa Özəl Xəstəxanalar” şəbəkəsinin Genetik Diaqnostika  Mərkəzini qurmuş və rəhbəri olmuşdur. O, eyni zamanda Egey Universitetində kök hüceyrəsi kafedrasının qurucusu və professoru, Türkiyə Egey Universiteti tibb fakultəsində molekulyar tibbi laboratoriyasının müdiridir. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətində olan yüzlərlə məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür.
Professor Afiq Bərdəli 92 elmlər namizədi və tibb elmləri doktoru yetişdirmişdir.
Onun rəhbərlik etdiyi “Genetik böyrək narahatlıqlarının diaqnozu”nu qoyan laboratoriya EMQN (European Molecular Genetic Quality Network) akredetasiya almış ilk və tək loborotoriya olmaqla Nefrotik Sendrom geni dünya tibb ədəbiyyatında Berdeli geni olaraq tanınır. Bu günə qədər 30 mindən çox xəstə burada müayinədən keçirilmişdir.
Ümummmilli liderimiz Heydər Əliyevin Türkiyə  Respublikasına səfəri zamanı burada yaşayan azərbaycanlılarla görüşündə professor Afiq Bərdəli də iştirak etmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon Ziyalıları Cəmiyyətinin sədri Lazım Quliyev, Bərdə şəhər 5 saylı tam orta məktəbin direktoru Səfurə İsmayılova, DT və XK-nin rayon şöbəsinin müdiri Həsən Həsənov, rayon Gənclər və idman idarəsinin rəisi Anar Şahbazov çıxış etmişlər.
Professor Afiq Bərdəli tədbir iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.
Tədbirdə professor Afiq Bərdəliyə xatirə hədiyyələri verilmişdir.

Keçidlər