Şriftin ölçüsü :

Saytın rəngi :

Güloğlular kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul -görüşü olmuşdur.

13 sentyabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Güloğlular kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur,  Güloğlular kənd    İnzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb,  elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, Gərənə, Qaraqoyunlu, Qaradağlı və Şorəlli kəndlərinin sakinlərinin içməli su ilə təminatı üçün su qüllələri quraşdırılb, şəbəkə tikilib, küçələrdə 79 bulaq inşa edilb, magistral yolda Gərənə və Divanlı dairələri yenidən qurulub, Şorəlli dairəsi sökülüb, inzibati ərazi dairəsindən keçən magistral yolun kənarına 15000-dən çox ağac əkilib, 1 km məsafədə yolun hər iki tərəfinə gül əkilib, magistral yoldan Gərənə kəndinin mərkəzinə kimi 1,5 km yol asfalt-betonla tikilib, magistral yoldan Qaraqoyunlu kəndinin mərkəzinədək 2 km yol asfaltlaşdırılıb,  Cəyirli kəndində “20 yanvar” abidəsi yenidən qurulub və abadlaşdırılıb,  Cəyirli kəndində magistral yol kənarı hasarlanıb və rənglənmişdir, Gərənə kənd orta məktəbinin həyətində 200 ədəd ağac əkilib, Ərəblər kənd orta məktəbi cari təmir edilib, Gərənə kəndində “Ağ yer”  adlanan sahədə olan mövcud subartezian quyusunun bərpa edilib (Quyunun nasosu və transformatoru 1998-ci ildə Subartezian quyuları istismarı idarəsi tərəfindən sökülüb aparılmışdır), Bala Ərəblər və Divanlı kəndlərində fərdi yaşayış evində, Cəyirli kəndində vaqonda fəaliyyət göstərən tibb obyekti üçün bina təmin edilmişdir, Bala Ərəblər kəndində  3 metr dərinlikdə dren kanalın üzərindən körpü salınmışdır, Cəyirli kəndində yeni məhlələrə elektrik xəttinin çəkilməsi üçün 1 transformator quraşdırılıb, elektrik şəbəkəsi yenidən tikilib, Qaradağlı kəndində 6,2 km kəndlərarası yollar qum-çınqılla əsaslı təmir edilmişdir. (Kənd icmasının maliyyə dəstəyi ilə AzKİL çərçivəsində), Cəyirli kəndində magistral yolun kənarı ilə 1,0 km səki tikilmiş, 1 km bardyor düzülmüş, 56 gecə işıqlandırılması dirəyi basdırılmışdır, Gərənə kəndinin baş yolunda müasir memarlıq üslubunda giriş qapısı tikilmiş, 250 metr səki inşa edilmiş, gecə işıqlandırılması verilmişdir, Qaradağlı, Divanlı, Şorəlli və Güloğlular kəndlərinin magistral yoldan ayrılan yollarına gecə işıqlandırılması verilmişdir, Qaradağlı kəndi ərazisində Bayraq meydanı inşa edilmişdir, inzibati ərazidə 5 ədəd subartezian quyusu vurulmuş (Güloğlular -2, Gərənə-1, Divanlı-1, Cəyirli-1, uzun illərdən bəri işləməyən 4 subartezian quyusu bərpa (Divanlı-1, Şorəlli-1, Qaraqoyunlu-1, Gərənə-1) edilmişdir, Qaradağlı və Cəyirli kəndlərinin ərazilərində magistral avtomobil yollarının kənarlarında yeni yanacaqdoldurma məntəqələri tikilib istifadəyə verilmişdir, Qaradağlı kəndi ərazisində 2 böyük ticarət mərkəzi tikilmişdir,  Şorəlli, Gərənə, Divanlı və Cəyirli kənd qəbirstanlıqları abadlaşdırılmış, qəbirstanlıq hasara alınmış, mərasimlər üçün talvar tikilmiş, içməli su çəkilmişdir, Güloğlular-Qaraqoyunlu kəndlərarası 1.5 km yol qum-çınqılla əsaslı təmir edilib, Qaraqoyunlu-Ərəblər və Bala Ərəblər kəndlərarası yol qum-çınqılla əsasılı təmir edilib, hazırda Güloğlular kənd ümumi orta məktəbi üçün 220 şagird yerlik yeni bina tikilir, Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmişdir.
           
           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Güloğlular kənd sakinləri   Mehdiyev Əkrəm Mehdi oğlu yeni tikilməş məktəbə qədər yolun asfaltlaşdırılması, Əliyev Novruz Umid oğlu kəndin “Böyük yer” adlanan ərazidə suvarma suyu üçün daha 1 ədəd subartezian quyusunun vurulması, Əliyev Adil Umid oğlu küçələrində sakinlərin qaz sayğaclarının evinin qarşısında quraşdırılması, Yusifov Fərhad Mehdi oğlu pensiyasının düzgün hesablanmaması, Musayev Salman Məhərrəm oğlu pay torpağına əlavə yol açılması, Məmmədova Ülviyyə İlham qızı müəllim işinə təyin olunması, Behbudov Maqsud Dilənçi oğlu kəndin baş yolunun Bakı küçəsi ilə kəsişməsində işıqfor quraşdırılması, Qəribova Gülsüm Müqabil oğlu yeni  məktəb binasının tikintisi ilə həyətinin suvarılmasında yaranmış vəziyyətin düzəldilməsi, həyətinə suvarma suyu verilməsi, Mustafayeva Yeganə Mustafa qızı Küçələrində elektrik gərginliyinin aşağı olması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər