Şriftin ölçüsü :

Saytın rəngi :

Mustafağalı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul -görüşü olmuşdur.

27 sentyabr 2018 | 16:00
            Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mustafağalı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Mustafağalı  kəndi qazlaşdırılıb,  elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu tikilmişdir, 9 km uzunluqda kənddaxili yollar 2011-ci ildə və 2017-ci ildə əsaslı təmir edilib (AzKil), ərazi üzrə kanallar lildən təmizlənmişdir (Meşə Meliorasiya tərəfindən), bələdiyyə xətti ilə 5 km su arxları və kanal təmir edilmişdir, cənab Prezidentin Sərəncamı ilə tikilən kəndlərarası  asfalt yolun kənarlarında təmizlik, abadlıq işləri aparılmışdır, 2 km telefon xətti və dirəkləri yenilənmişdir, 3 km elektrik xətləri və dirəkləri təmir edilmişdir, 8 yeni sosial xidmət obyekti (mağaza) tikilib istifadəyə verilmişdir, 7 ədəd ticarət obyekti təmir edilərək müasir formaya salınmışdır, 550 yerlik şadlıq evi tikilib istifadəyə verilmişdir, 2015-ci il kəndin “Şillər” adlanan oymağında batmış içməli su artezian quyusu bərpa edilmiş, kəndin müxtəlif yerlərində 9 bulaq, 8 krant qoyulmuşdur (AzKİL), 2017-ci ildə Həməşlər adlanan oymaqda 4 km içməli su xətti çəkilmiş  küçələrdə 28 bulaq və krant qoyulmuşdur, 2018-ci ildə orta məktəb binası cari təmir edilmişdir, 2017-ci ildə 10 km kanal kollektor lildən təmizlənmişdir.

           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mustafağalı kənd sakini ağsaqqal Cavadov Cavad Bahadur oğlu rayonda və Mustafaağalı kəndində aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi, Mustafaağalı kəndinin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təmin edildiyini, yolarının rahat olduğunu, kənddə yüksək m pambıq məhsulu yetişdirildiyini diqqətə çatdırdı, pay torpaqlarının suvarılması üçün SNP markalı nasosun quraşdırılmasının məhsuldarlığın daha da artırılmasına səbəb olacağını qeyd etdi.  Mustafağalı kənd sakinləri   Mikayılov Mürşüd Vahid oğlu kənd ərazisində avtomobillərin yolda sürətinin azaldılması üçün yolda trampilin qoyulması, Musayev Səfər İbrahim oğlu kənd körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Əhmədova Xuraman Əsəd qızı maddi yardım göstərilməsi və işlə təmin edilməsi, Bayramov Məcid Məhəmməd oğlu ailəsinə məxsus həyətyanı torpaq sahəsinin bir hissəsinin digər şəxsə verilməsi, Cavadov Ərastun Bahadur oğlu Kəndin Qaratəpə kəndi səhəddində olan pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün bir ədəd SNP tipli nasos quraşdırılması -60 ha, Musayev Tufan Rəşid oğlu pay torpaqları ərazisindəki açıq dren kanalın lildən təmizlənməsi, Zeynalov Alyoşa Hümbət oğlu Mustafağalı kəndində əsas problemin kəndin Qaratəpə kəndi sərhəddindəki əkinlərin suvarma suyu ilə təminatına ehtiyacı olduğunu, Abbasova Əntiqə İsmayıl qızı Ailəsinə köməklik göstərilməsi, Bağırov Nadir Qasım oğlu məcburi köçkün kimi ailəsinin mənzillə təmin edilməsi, Musayev Səfər İbrahim oğlu Rayonun Qarağacı kəndində yaşayan nəvəsinin kənd körpələr evi-uşaq bağçasında işlə təmin edilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər. Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
 

Keçidlər