Şirvanlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul -görüşü olmuşdur.
28 sentyabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Şirvanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Şirvanlı kənd İnzibati ərazi dairəsinin elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, Şirvanl kənd İnzibati ərazi dairəsinin 8 kəndinin hamısı qazlaşdırılıb, Prezidentin sərəncamları əsasında Şirvanlı kəndində 1, Dəymədağıldı kəndində 4 və Bala Qacar kəndində 1, Qullar kəndində 1 və Böyük Qacar kəndində 1 ədəd, cəmi 9 ədəd suvarma üçün subartezian quyuları vurulub, Uğurbəyli kəndinin baş yolu qum-çınqılla əsaslı təmir edilib (AzKİL), Şirvanlı İnzibati ərazi dairəsinə daxil olan bütün kəndlərin daxili yolları, 49,5 km yollar təmir edilib (AzKİL) (Şirvanlı-9,5 km, Dəymədağıldı-15 km, Uğurbəyli-9 km, Bala Qacar-2,5 km, Qulllar-3 km, Böyük Qacar-4 km, Hüseynbəyli-4 km, Xanxanımlı-4 km), Qullar kəndində ümumi orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilib, Şirvanlı kəndi ərazisindən keçən magistral avtomobil yolunun kənarları abadlaşdırılıb, Şirvanlı və Uğurbəyli kəndlərində içməli su şəbəkəsi tikilib, küçələrdə 27 ədəd bulaqlar tikilib, Şirvanlı kənd İnzibati ərazi dairəsinin bütün kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub, SMART tipli elektrik xətləri kabelləşdirilib, Şirvanlı kənd İnzibati ərazi dairəsində 2 km km açıq dren-kanal lildən təmizlənmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Şirvanlı kənd sakini Mirzəyev Məhəmməd Məhəmməd oğlu rayonda aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi və kənd tam orta məktəbinin əsaslı təmir edilməsini xahiş etdi. Məmmədov İsa Yunis oğlu kəndin küçələrinə gecə işıqlandırılması, Teymurov Əbülfəs Arif oğlu kənddə olan tarixi hamamın bərpa edilməsi, Məmmədova Yeganə Aydın qızı kənd tam orta məktəbinin əsaslı təmiri və kəndə sərnişin daşıma marşurutu açılması, Kərimova Rəfiqə Səfər qızı oğlunun ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, Mahmudov Rəhim İsbəndiyar oğlu Küçədə piyada keçidi nişanı olmasına baxmayaraq yolda keçid olması barədə yol nişanlarının olmaması, Hümbətova Səkinə Ədalət qızı Qarabağ müharibəsi əlili olan həyat yoldaşına minik avtomobili verilməsi, evlə təmin və maddi yardım göstərilməsi, Namazova Fəxriyyə Mirzə qızı ailəsinə köməklik göstərilməsi, Əsədova Xuraman Mərdan qızı kənd sakini Teymurov Əbülfəs Arif oğlunun savadlı oğlan olduğunu bildirdi, onun işlə təmin edilməsinə köməklik göstərilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər