Mirzalıbəyli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
11 oktyabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mirzalıbəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Əyricə kənd İnzibati Ərazi Dairəsinin Mirzalıbəyli kəndində 220 şagird yerlik yeni məktəb tikilib, kəndaxili 4 km yollar qum-çınqılla əsaslı təmir edilib (AzKİL), kəndin baş yolu asfaltlaşdırılıb – 1 km, kənd məişət tullantılarından vaxtaşırı təmizlənir, kəndin kənarında 410 ədəd ağac əkilib, 0,2 km açıq dren kanal lildən təmizlənib, 1 ədəd su keçidi yenidən qurulub, kənd qazlaşdırılıb, Qaraməmmədli kəndində kəndaxili 4 km yollar AzKİL layihəsi çərçivəsində qum-çınqılla əsaslı təmir edilib, kənd məişət tullantılarından təmizlənib, kənddaxili 1,1 km yollar qum-çınqılla cari təmir edilib, 1 ədəd körpü təmir edilib, kənd qazlaşdırılıb,
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mirzalıbəyli kənd sakini Quliyev Nizami ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlara qısa toxunmuş və kənd əhalisi adından rəhbərə dərin minnətdarlığını bildirmişdir. Kənddə tikilmiş təzə məktəbin həyətində köhnə məktəb binasının uçulması və həmin yerdə idman meydançasının tikilməsi, Abdullayev Mərdan yolda keçid xəttinin çəkilməsi, Abdullayev Aydın içməli suyun çəkilməsi, Fətəliyev Cəmil kənddə uşaq bağçasına olan ehtiyac, Məmmədova Mərziyyə evinə qaz çəkilməsi, Ağayev Fərrux su nasosunun balansa götürülməsi, Ağalarov Cəlil 47 ha deyilən ərazidəki bir artezian vurulması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər