Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının yaranmasının 20 illik yubileyi

13 mart 2013 | 16:00

 

 13 mart 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının yaranmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları yığıncaqdan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək onun xatirəsini ehtiramla yad etmişlər, Heydər Əliyev muzeyinə tamaşa etmişlər. 
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etmişlər.  
          Rayon Mədəniyyət evində keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, YAP rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və yəşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak etmişlər.
          Yığıncağı YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya açmış, Yeni Azərbaycan Partiyasının əzəli və əbədi lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilmişdir. 
Yığıncaqda Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya məruzə etmiş, YAP rayon təşkilatının yaradıcılarından Nurayə Məmmədova, Nizami Quliyev, Yaşar Zamanov, Xanlar İsmayılov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin  Firdovsi Əliyev, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmişlər.
           Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə YAP rayon təşkilati üzvləri adından müraciət qəbul etmişlər.
           Yığıncaqda YAP sıralarına yeni qəbul olunan  gənclərdən bir qrupuna partiya biletləri təqdim edilmiş, YAP rayon təşkilatının yaradıcıları Fərxi Fərmanla və qiymətli hədiyyələrlə təltif olunmuş, YAP rayon təşkilatının  yaradılmasının  20 illliyi ilə əlaqədar olaraq məktəblilər arasında keçirilmiş voleybol, intellektual bilik, şahmat yarışları və inşa yazı müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilmişdir.  
Yığıncaq iştirakçıları Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının yaradılmasının 20 illiyi ilə əlaqədar rayon Mədəniyyət evi tərəfindən hazırlanmış konsert proqramına baxmışlar.

Keçidlər