Şriftin ölçüsü :

Saytın rəngi :

Divanlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

25 oktyabr 2018 | 16:00
           Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Divanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Güloğlular kənd    İnzibati Ərazi Dairəsinin     Divanlı kəndi qazlaşdırılıb,  kəndin elektrik şəbəkəsi yenidən qurulub, SMART tipli sayaclar quraşdırılıb, içməli su şəbəkəsi tikilib, küçələrdə 12 bulaq quraşdırılıb (AzKİL), 7 km daxili yollar qum-çınqılla əsaslı təmir edilib (AzKİL), kəndin 1 km baş yolu asfaltlaşdırılb, kəndin ərazisində 4 km açıq dren-kanal lildən təmizlənib,  2 km sahə yolları qum-çınqılla tikilib (bələdiyyə), kəndin ərazisindən keçən avyomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zonaları yaradılıb, kəndin ərazisində olan xidmət obyektləri müasir memarlıq üslubunda qurulub, kənd vataşırı məişət tullantılarindan təmizlənir.
 
             Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Qurbanova Cəmilə Şəmil qızı yeni tikdirdiyi evinə təbii qaz çəkilməsi, Məhərrəmova Rəxşəndə Şura qızı evinə telefon çəkilməsi, Babayev Kamil Həsən oğlu kəndin “Darı yerinin başı” adlanan hissəsində əkinlərin suvarılması üçün bir ədəd subartezian quyusunun qazılması,  Balakişiyev İlqar Camal oğlu kəndin baş yolunda işıqfor quraşdırılması, Məmiyev Nəsir Qasım oğlu hamam tikməsinə köməklik göstərilməsi, Maksudova Nuridə İdris qızı qaz sayğacının blomunun qırılması barədə 1600 manat məbləğində cərimə edilməsi, Əhmədova Leyla Həsən qızı qaz sayğacının mexanizminin sıradan çıxması ilə əlaqədar dəyişdirilməsi, bunula əlaqədar cərimə edilməməsi, Əsədova Zərifə Hümbət qızı şəhid olmuş oğlunun sığorta haqqının ödənilməsi, Abdullayev Qaysar Ayaz oğlu maddi yardım göstərilməsi, Əsədov Kamil Camal oğlu qaz təminatında fasilələrə yol verilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
              Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər