Bərdədə "Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin təqdimatı olub
06 noyabr 2018 | 16:00
Avropa İttifaqı və Azərbaycan Respublikası Təhsil nazirliyi ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan "Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi" adlı layihənin icrasını həyata keçirir. Azərbaycanın 8 rayonunu nəzərdə tutan layihənin 2017-ci ildən icrasına başlanılmışdır və onlardan biri Bərdədə texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutur. Bu layihə 2020-ci ildək davam edəcək.
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsinin Bərdədə təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Azərbaycan Respublukası Təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər əvəzi Amil Əlili və başqaları iştirak ediblər.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək qeyd edib ki, bu layihə Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək baxımından xüsusi önəm kəsb edir.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Səfir Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini vurğulamaqla, peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt olduğunu qeyd edib. O qeyd etmişdir ki, Azərbaycanda təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər əvəzi Amil Əlilli bildirib ki, layihə rayonun işçi potensialının kənd təsərrüfatı üzrə əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Bərdə Peşə Liseyinin göstərdiyi xidmətlər Bərdə ilə yanaşı ətraf rayonlarda peşə təhsilinin keyfiyyətini və ümumi rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
" Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsinin təqdimatından sonra Avropa İttifaqı və Təhsil nazirliyinin əməkdaşları Bərdə Peşə Liseyinə baş çəkib, burada yaradılan şəraitlə tanış olmuşlar.