Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz şənliyi

19 mart 2013 | 16:00

 

19 mart 2013-cü il tarixdə rayonun Mərkəzi meydanında Novruz Bayramı şənliyi keçirilmişdir.
Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc iştirak etmişlər.
  Milli geyimli gənclərlə Dədə Qurqud şənlik iştirakçılarını salamlamış, idmançılar cəldliklərini və qabliyyətlərini nümayiş etdirmişlər.
Xalqımızın Novruz adət və ənələri nümayiş etdirən şənlikdə 7000 nəfərdən çox sakinlər iştirak etmişdir.  Şənlik iştirakçıları rayonun yaradıcı kollektivlərinin əl işləri ilə tanış olmuşlar. Novruz Bayramının personaşları kosa və keçəl fərasətlərini nümayiş etdirmiş, yumurta döyüşdürülmüşdür. 
Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərini bayram münasibəti ilə təbrik etmişdir.
Şənlikdə rayonun bir qrup sakinləri Fəxri Fərmanla təltif edilmiş, tədbir iştirakçılarına Novruz hədiyyələri paylanmışdır.
Novruz şənliyində respublikanın və rayonun mədəniyyət və incəsənət işçiləri iştirakçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər. 

Keçidlər