Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə YAP Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Ağdam, Agcabədi, Tərtər rayonlarının və Yevlax şəhərinin vətəndaşları qəbul etmişdir
16 noyabr 2018 | 16:00

Qəbuldan əvvəl nazir Ramin Quluzadə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoymuşlar.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.