Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatında partiyanın yaradılmasının 26-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.

21 noyabr 2018 | 16:00
             Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-ci ildönümü  YAP Bərdə rayon təşkilatında təntənə ilə qeyd edilmişdir.
              Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzmüşlər.
               YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya  tədbiri  açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və qazandığı uğurlar barədə ətraflı   danışmış, bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bugün ümumxalq Partiyasıdır və  xalqın ən böyük siyasi istinadgah yeridir.
Tədbirdə  YAP rayon təşkilatının ilk üzvlərindən Zeynəb Qasımova, fəallarından Elşən Məmmədov, Zərifə Məmmədova, Şəmil Ziyadov, Rzaqulu Şərifov çıxış edərək Yeni Azərbaycan Partiyasınıın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən, YAP-ın genişmiqyaslı fəaliyyətindən danışmışlar.
Sonra  YAP Bərdə rayon təşkilatı tərəfindən bir qrup partiya fəalına Fəxri fərman və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir. Eyni zamanda YAP-ın yaradılmasının 26-ci ildönümü münasibətilə YAP üzvləri və məktəblilər arasında keçirilmiş “Breyn-rinq” intellektual bilik, mini-futbol  yarışların   qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda Bərdə şəhəri  3 saylı tam orta məktəblərinin şagirdləri Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdirmişlər.
Keçidlər