Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Beynəlxalq Əlillər günü qeyd olunub

29 noyabr 2018 | 16:00
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bərdədə tədbir keçirilib.
Bərdə 1 saylı  Uşaq Musiqi məktəbində keçirilən tədbirdə  qeyd olunub ki, bu gün ölkəmizdə əlil vətəndaşların sosial müdafiəsi, onların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlət əlillərin sağlamlıq, reabilitasiya, istirahət, texniki bərpa, ev və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını daim diqqətdə saxlayır.
  Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Asif Abbasov çıxışında vurğulayıb ki,  bu gün Bərdədə 10724 nəfər sağlamlığını itirən əlil, o cümlədən 128 nəfər Qarabağ müharibəsi əlili, 2  nəfər İkinci Dünya müharibəsi əlili, 83 nəfər Çernobıl əlili var. Respublikamızın hər yerində olduğu kimi, Bərdədə onlar hərtərəfli qayğı ilə əhatə olunublar. Son illər təkcə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 18 fərdi ev və 36 mənzilli bina tikilib istifadəyə   verilmişdir.
Görüşdə çıxış edən tədbirin təşkilatçısı Bərdə Günərzi Qayğı Mərkəzinin direktoru Aygün Hüseynova, Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyi rayon təşkilatının sədri  Etibar Hüseynova, Birinci qrup Qarabağ müharibəsi əlili Mübariz Əliyev və başqaları  onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Bərdə Günərzi Qayğı Mərkəzinin, şəhər 3 saylı tam orta məktəbinin və şəhər 1 saylı Uşaq musiqi məktəbinin şagirdləırinin çıxışları maraqla qarşılanmışdır. Tədbirdə əlil uşaqlara müxtəlif təşkilatlar adından maddi yardımlar edilmişdir.
Keçidlər