Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü mərasimi keçirilmişdir

04 dekabr 2023 | 16:03
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Ədilov Səid Həsən oğlunun üçüncü ildönümü, Mehdizadə Mirpaşa Yaqub oğlunun və Quliyev Aqil Mətləb oğlunun doğum günü münasibətilə xatirələri yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, məktəblilər, rayon sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük haqq savaşında əldə etdiyi uğurlardan, eyni zamanda sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatları"nda ölkəmizin suverenliyinin tam şəkildə bərpa edilməsindən söz açılmışdır.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!
Keçidlər