Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Qənbərov Mehman Nəriman oğlunun xatirəsinə ithaf olunmuş, Günel Əli qızının ssenarisi, rejissor Ramin Bağırovun ekranlaşdırdığı "Vətəni sevən oğul" filminin təqdimatı keçirilib.

06 dekabr 2023 | 16:05
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.
Tədbirdə rayon ictimaiyyəti, şəhid və qazi ailələri, təhsil və mədəniyyət işçiləri, hərbi qulluqçular iştirak edib.
Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə mütəmadi keçirilən tədbirlərə görə Mədəniyyət Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.
Təqdim edilmiş "Vətəni sevən oğul" filmi şəhidin döyüş yolundan, ailəsindən bəhs edib.
Keçidlər