Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

27 aprel 2013 | 15:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı cənab İlham Əliyevin nitqi ilə əlaqədar 2013-cü ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı

26 aprel 2013-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı cənab İlham Əliyevin nitqi ilə əlaqədar 2013-cü ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı gündəlikdə duran məsələ ilə əlaqədar
hesabat məruzəsi etmiş, məruzə ətrafında rayon Telekommunikasiya qovşağının rəisi Nazim Şirinov, DSMF-nin Bərdə rayon şöbəsinin müdiri Raqub Məmtiyev, rayon Prokuroru Rəhim Əliyev, Soğanverdilər bələdiyyəsinin sədri Malik Kərimov çıxış etmişlər.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.
Yığıncaqda 265 nəfər iştirak etmişdir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilmişdir. 
2013-cü ilin birinci rübündə rayonda 42.2 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 2.8 milyon manat dəyərində sənaye, 11,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 13,0 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüş, xidmət sektorunda 15,1 milyon manat dəyərində, o cümlədən ticarət sahəsində 13,5 milyon manat, nəqliyyat sektorunda 1,4 milyon manat, informasiya və rabitə sektorunda 211.0 min manat dəyərində məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 40,6 milyon manat olmuş, əhaliyə 5,5 milyon manat pullu xidmətlər göstərilmişdir. 2012-ci ilin birinci rübünə nisbətən ümumi məhsul buraxılışı 41,7 faiz, sənaye məhsulu buraxılışı 15,6 faiz, kənd təsərrüfatı məhsulu buraxılışı 5,3 faiz, tikinti-quraşdırma işləri 4,5 dəfə, nəqliyyatda məhsul buraxılışı 6,5 faiz, rabitə və informasiya xidmətində məhsul buraxılışı 11,0 faiz, ticarət xidmətlərində məhsul buraxılışı 9,8 faiz artmışdır.
Rüb ərzində adambaşına 273,7 manat pərakəndə əmtəə dövriyyəsi düşmüş, hər nəfərə 36,8 manat pullu xidmətlər göstərilmişdir.
2013-cü ilin birinci rübündə 374 min ton yük və 2,8 milyon nəfər sərnişin daşınmışdır ki, bu da  2012-ci iin müvafiq dövrünə nisbətən müvafiq olaraq 4,2 və 9,1 faiz çoxdur.
Rüb ərzində rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 13 milyon manat və ya 2012-ci ilin müvafiq dövründəkindən 4,2 dəfə çox investisiya yönəldilmişdir.
2012-ci ildə bir işçiyə hesablanmış əmək haqqı 2,2 faiz artaraq 230,0 manat təşkil etmişdir.
 

Keçidlər