Muğanlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
13 dekabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Muğanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kələntərli kənd İnzibati Ərazi Dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Muğanlı kəndində Kənd qazlaşdırılıb, kəndin 5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), Kəndin küçələrinə içməli su xətləri çəkilmiş, küçələrdə 9 ədəd bulaq tikilmişdir (Az.KİL), 1 ədəd subartezian quyusu təmir edilib, Elektron ATS-ə qədər xətt optik kabellə çəkilərək kəndə internet rabitəsi verilmişdir, yeni asfaltlaşdırılmış Muğanlı-Körpüsındıran kəndlərarası yol kənd sakinlərinə də xidmət göstərir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Hüseynov Möhübbət Məhəmməd oğlu işləməyən subartezian quyusunun təmir olunması, naqillərin dəyişdirilməsi, Laçın rayonundan məcburi köçkün Əmralıyev Allahverdi Əmrah oğlu yaşadığı köhnə ferma binasında şəraitin ağır olması, Şuşa rayonundan məcburi köçkün Məmmədova Ədibə Bəhrəm qızı xəstəliyi ilə bağlı, Salmanova Yazgül Məhəmməd qızı vərəsaəlik barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.