Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edib

21 dekabr 2018 | 16:00
Dekabrın 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Bərdədə Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin, sənaye məhəlləsində gübrə istehsalı müəssisəsinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların taxılçılıq, pambıqçılıq, badamçılıq, çuğundur əkini, tərəvəzçilik, heyvandarlıq, balıqçılıq, mebel istehsalı, Bərdə, Quba və Göygöl rayonlarında otel və turizm obyektlərinin tikintisi, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.
Ümumilikdə qəbula 50-yə yaxın vətəndaş müraciət edib.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər