Bərdənin 9 kəndində suvarma sisteminin bərpası məqsədilə qrant müqaviləsi imzalanıb
11 yanvar 2019 | 16:00

Məlumat verilib ki, Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası layihəsinin ümumi məbləği 82 min 719 ABŞ dolları təşkil edir.
Bu vaxta qədər Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 237 layihə üzrə qrant müqaviləsi imzalanıb. Ümumi dəyəri 1 milyon 170 min ABŞ dolları olan daha 11 yeni layihə üzrə isə danışıqlar davam etməkdədir.
Diqqətə çatdırılıb ki, yeni layihənin icrası nəticəsində rayonun 9 kəndində 329 ailəyə məxsus 453 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib, bu layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb.
Sonra səfir və “Aran” Humanitar Regional İnkişaf Təşkilatının direktoru layihə üzrə qrant müqaviləsini imzalayıblar.