Şriftin ölçüsü :

Saytın rəngi :

Nəcəfqulubəyli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

10 yanvar 2019 | 16:00
          Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Nəcəfqulubəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Yeni Əyricə  kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.  Nəcəfqulubəyli kəndində son illər kəndaxili yollar qum-çınqılla əsaslı təmir edilmiş, içməli su şəbəkəsi yenidən qurulub, 1 ədəd su çəni quraşdırılıb, küçələrdə 10 bulaq tikilmiş, hazırda kənddə 56 şagird yerlik modul tipli ibtidai məktəb tikilir. 2018-ci ildə kəndə 10 qutu barama bəsləmiş, hər qutudan orta hesabla 41,7 kq olmaqla 416,8 kq barama istehsal etmiş, kənddə 1650 ədəd xaricdən gətirilmiş ting əkilmişdir.
İnzibati ərazi dairəsi üzrə 2018-ci ildə 278 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 28 sentner olmaqla 780 ton pambıq istehsal edilmişdir.
2019-cu ildə Nəcəfqulubəyli kəndində 49,3 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş və indiyədək torpaq mülkiyyətçilərinin pambıq istehslı müəssisələri ilə müqavilə bağlanması başa çatdırılmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Məmmədov İkram Ağa oğlu köhnə ibtidai məktəbin binasının Kəlbəcər rayonunun köçkün məktəbinə verilməsi, Abbasov Rafiq Alı oğlu kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Yusifov Alim Göygöz oğlu qaz sayğaclarının sıfırlanmasının gecikdirilməsi, Namazov Tapdıq Ağcan oğlu icarəsində olan 1 hektar torpağın heyvandarlıq üçün istifadə edilməsi, Ruhani Mötəbər Əjdər oğlu kəndin ərazisindən keçən açıq dren kollaktorun lildən təmizlənməsi, Əhmədov Faiq Əhməd oğlu torpaq islahatı zamanı həyətyanı torpaq kimi ailəsində olan torpağın zəbt edilməsi, İsayev İzzət Rəşid oğlu kənd ibtidai məktəbinin ümumi məktəbə çevrilməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
            Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər. .
Keçidlər