Gülgəzli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
24 yanvar 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Gülgəzli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kolayır kənd İnzibati Ərazi Dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Gülgəzli kəndində son illər 6 km kəndaxili yollar qum-çınqılla əsaslı təmir edilmiş, kənddə su qülləsi quraşdırılmış, küçələrə su şəbəkəsi çəkilmiş, küçələrdə 14 bulaq inşa edilmiş, kəndin bir küçəsinin elektrik xətləri kabelləşdirilmiş, örüşdə qrunt sularının səviyyəsinin aşağı salınması üçün dren-kanal tikilmiş, kənd qəbirstanlığı abadlaşdırılmış, 0,6 km hasar və mərasimlər üçün talvar tikilmişdir. , içməli su şəbəkəsi yenidən qurulub, 1 ədəd su çəni quraşdırılıb, küçələrdə 10 bulaq tikilmişdir. 2018-ci ildə kəndə 17,5 qutu barama bəsləmiş, hər qutudan orta hesabla 50,2 kq olmaqla 878,5 kq barama istehsal edilmiş, 9,5 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 31 sentner məhsul götürülmüşdür. 2019-cu ilin məhsulu üçün ərazidə olan bütün çəkil ağacları budanmış, 26 hektar sahədə pambıq əkilməsi üçün artıq müqavilə bağlanmış və torpaqların şumlanmasına başlanmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nuru Qurbanov və Rüstəm Qurbanov təhvil verdikləri südün pulunun verilməməsi barədə idialarına məhkəmədə baxılması, İlqar Zamanov işlə təmin edilməsi, Şükür Qasımov qonşusu tərəfindən həyətyanı torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi, Samir Hümbətov qonşusunun həyətinə yolun təmiri zamanı ona mıəxsus həyətin kənarındakı qazdığı yerə qum-çınqıl tökməsi, Fəzail Tağıyev kənddə içməli su üçün 1 ədəd artezian quyusunun vurulması, Müslüm Bayramov kəndin elektrik şəbəkəsinin yenidən qurulması, elektrik xətlərinin kabelləşdirilməsinin başa çatdırılması, Elxan Qocayev kənddən Yerli Ağalı kəndinə yol tikilməsi, İbrahim Xəlilov oğlu üçün həyətyanı torpaq sahəsi verilməsi, Məhərrəm Manafov içməli su üçün su çənin quraşdırılması barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.