Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Roland Kobianın Bərdə rayonuna səfəri
25 aprel 2013-cü il tarixdə saat 10-30-da Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Roland Kobian Avropa ittifaqının maliyyə dəstəyi ilə Əliyanlı kəndində həyata keçirdiyi təmiz içməli su təchizatı və Xəsili kəndində ilkin tibbi xidmət layihələri ilə tanış olmaq məqsədilə nümayəndə heyəti ilə Bərdə rayonuna gəlmişdir.
Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri cənab Federiko Berna, Layihə rəhbəri cənab Amuri Hoste, Layihə rəhbəri Məryəm xanım Hacı-İsmayılova, Siyasi məsələlər üzrə əməkdaş cənab Andrey Valentinov, Maliyyə məsələləri üzrə əməkdaş Fidan xanım Kərimova, tərcüməçi Elnarə xanım Tağıyeva, Almaniya Respublikasının Azərbaycandakı səfirinin müavini cənab Volfqanq Mössinger, İtaliya Respublikasının Azərbaycandakı səfirinin müavini Culia xanım Gilotti iştirak etmişlər.
Səfər zamanı Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Roland Kobian onu müşayət edən şəxlərlə birlikdə rayon İcra Hakimiyyəti başçısı aparatının zalında çay süfrəsi arxasında rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevlə görüşmüş, qonaqlara rayonhaqqında məlumat verilmiş, prespektiv planlar barədə ətraflı fikir mübadiləsi edilmişdir.
Görüşdə iştirak edən mediya nümayəndələrinin sualları cavablandırılmışdır.
Görüşdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Roland Kobian və rayon İcra Hakimyyətinin başçısı cənab Vidadi İsayev bir-birlərinə xatirə hədiyyələri təqdim etmişlər.
Qonaqlar Avropa İttifaqının maliyyə dəstəyi ilə rayonun Əliyanlı və Xəsili kəndləri ərazisində həyata keçirilmiş layihələrlə yerində tanış olmuşlar.