Qazıqurdalı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
25 yanvar 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Gülgəzli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Qazıqurdalı kəndində son illər kəndin baş yolu olan Bərdə-Alpout yolu əsaslı təmir edilib, yol asfaltlaşdırılmış, ətrafdakı 38 sahibkarlıq obyekti müasir memarlıq üslubundə yenidən qurulub, kənddə 2 ədəd suvarma üçün subartezian quyuları qazılıb istifadəyə verilmiş, kəndin elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, hazırda kəndin ərazisində Ağdam köçkün 65 saylı tam orta məktəbi üçün modul tipli bina tikilir. Həyata keçirilmiş layihələr nəticəsində kənd şəhərin bir hissəsinə çevrilmiş, şəhərə məxsus infrastruktur yaradılmışdır. 2018-ci ildə kəndin ərazisində 26 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 34 sentner məhsul götürülmüşdür. Cari ildə də sakinlərin pambıq əkininə marağı yüksəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Eldar Qasımov ölkədə, rayonda və kənddə aparılan tikinti-abadlıq işlərinə görə cənab Prezidentə minnətdarlığını bildirdi, Qaradəmirçi kənd tam orta məktəbinin əsaslı təmir edilməsini xahiş etdi, Ağgül Quliyeva pay torpağını suvarmaq üçün bir ədəd subartezian quyunun qazılması, Ağdam rayonundan məcburi köçkün, Yasəmən Məmmədova evlə təmin edilməsi, Bəhrəm Süleymanov hərbi biletinin verilməsi, Kəmahət İsmayılov kəndin küçələrində zibil yeşiklərinin qoyulması, Gülzəndə Əliyeva qızına və Rəhman Məmmədov özünə həyətyanı torpaq sahəsi verilməsi, Narın Əliyeva fərdi yaşayış evinin təmiri, Telman Mehralıyev suvarma suyunun çatışmaması, Rübabə Qasımova kəndin telegon şəbəkəsinin yenidən qurulması, Mobil Babayev Qarabağ döyüşlərində iştirakı barədə sənədinin verilməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.