Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəblər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

31 yanvar 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Ərəblər kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.
     Güloğlular kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, 4 kəndin içməli su şəbəkəsi tikilib, ərazidə 20 Yanvar abidəsi yenidən qurulub, fərdi yaşayış evində fəaliyyət göstərən 3 tibb obyekti bina ilə təmin olunub, 1 körpü salınıb, 1 yeni transformator quraşdırılaraq yeni məhlələrə elektrik şəbəkəsi tikilib, bütün kəndlərin daxili yolları qum-çınqılla əsaslı təmir edilib, ərazidən keçən magistral yolun 1 km məsafəsinə və ətrafdakı 4 kəndin baş yoluna gecə işıqlandırılması verilib,  Qaradağlı kəndi ərazisində Bayraq meydanı, 1 kəndin giriş qapısı, 1 tam orta məktəb, 1 tarla düşərgəsi, 1 Yanacaqdoldurma məntəqəsi, 2 böyük ticarət mərkəzi tikilib, suvarma üçün 5 ədəd subartezian quyusu vurulub, 4 ədəd subartezian quyusu bərpa edilib, 4 kənd qəbirstanlığı abadlaşdırılıb.
Ərəblər kəndində son illər kəndin baş yolu olan  Qaraqqoyunlu-Ərəblər və Bala Ərəblər kəndlərarası 2,5 km yol, kənddaxili 2 km yollar qum-çınqılla əsaslı təmir edilib, kənddəki sahibkarlıq obyekti müasir memarlıq üslubunda yenidən qurulub, kənd tam orta məktəbi cari təmir edilib, kənd qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, 2018-ci ildə kəndin ərazisində 40 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 40 sentner məhsul götürülmüşdür. Cari ildə də sakinlərin pambıq əkininə marağı yüksəkdir. İndiyədək 75  hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanmış, şum qaldırılmışdır. 2018-ci ildə kənddə 5 min ədəd xaricdən gətirilmiş tut tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Qəzənfər Məmmədov  pay torpağının kol-kosdan təmizlənməsi, Rəsul Musayev yaşadığı küçəsə olan elektrik transformatorunun yerinin dəyişdirilməsi,  Cahid Şəmilov kəndin baş arxının lildən təmizlənməsi, Ənvər Nəsirov Qaraqoyunlu-Ərəblər-Bala Ərəblər kəndlərarası yolun asfaltlaşdırılması, artezianın yanına elektrik xətti çəkilməsi, Xədicə Əhmədova evinin tikilməsinə kömək göstərilməsi, Pərvanə Musayeva ailəsinə maddi yardım göstərilməsi, Nəriman Nərimanov evinin yanındakı elektrik dirəyinin yerinin dəyişdirilməsi barədə müraciət etmişlər.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahat verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər