Şriftin ölçüsü :

Saytın rəngi :

Kətəlparaq kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

14 fevral 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kətəlparaq kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kətəlparaq  kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Kəndlərin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb,
Kətəlparaq kəndində son illər daxili yolları, baş yolu qum-çınqılla əsaslı təmir edilmiş,  kəndin giriş qapısı tikilmiş, kənddə suvarma üçün 5 ədəd subartezian quyusu qazılmış, kəndin ərazisində rayonun 18 kəndinə xidmət edən Qazpaylayıcı stansiya tikilmiş,  Kətəlparaq kənd sakini Qarabağ əlili Rəhimov Bəxtiyar Famil oğluna fərdi yaşayış evi inşa edilmiş, 1 su keçidi tikilmiş, RİHB-nin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası təmir edilmişdir.
2018-ci ildə kənddə  160 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 32,5 sentner olmaqla 520 ton pambıq tədarük edilmiş, cari ildə 190 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 90 nəfər fermer 190 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlanmış, 190 hektar sahə şumlanmış, 140 hektar sahədə arat aparılmış, 2018-ci ildə kənddə 4 nəfər kümçü 8 qutu barama götürüb saxlamış, hər qutudan 48 kq olmaqla 384 kq barama istehsal etmişdir. 2018-ci ildə kənddə 2000 ədəd xaricdən gətirilmiş tut tingi əkilmişdir.  
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Kəlam Ağayev kəndin “Toxmaq” adlanan yerində suvarma üçün 1 ədəd subartezian quyusunun vurulması,  Telman Rzayev rayonda, kənddə aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan respublikasının Prezidentinə minnətdarlığını bildirdi, kənddə körpələr evi-uşaq bağçasının yaradılması,  Nuru Əliyev kəndin ərazisindən keçən 2 kanalın lildən təmizlənməsi, kəndin “40 hektar” adlanan ərazisində suvarma üçün 1 ədəd subartezian quyusunun qazılması, Nizami Abbasov yaşadığı küçənin qum-çınqılla təmiri, Mirzə Aslanov kənddaxili yolların qum-çınqılla təmiri, Elgiz Məhərrəmov kənddə zibil yeşiklərinin qoyulması, Elçin İsmayılov fərdi yaşayış evinə təbii qaz çəkilməsi, Elnurə Cabbarova nitq qüsuru olan qızının müalicəsi üçün Bakı şəhərinə göndərilməsi, Cəmilə Behbudova yeni tikdirdiyi fərdi yaşayış evinin qazlaşdırılması, Sübhan Əsgərov
həyətinə suvarma suyu çəkilməsi, Şükür Mustafayev yolda arxın üzərində olan körpünün təmir edilməsi barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər