İmamqulubəyli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
28 fevral 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkə başçının verdiyi tapşırıqlar və həmin günlərdə imzaladığı Sərəncamlar barədə ətraflı məlumat verdi, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, Ölkə iqtisadiyyatının sürətlə inkişafından danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. İmamqulubəyli kəndindin də daxil olduğu Zümürxan kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, kəndlərin elektrik şəbəkələrinin kabelləşdirilməsinə başlanıb,
Son illər İmamqulubəyli kəndini də əhatə edən Zümürxan-İmamqulubəyli-Çəmənli kəndlərarası yol, kənddaxili 5 km yollar qum-çınqılla əsaslı təmir edilib, kəndin telefon rabitəsi kabelləşdirilib, kəndə sürətli internet verilib, 2018-ci ildə kəndin ərazisində 1 km açıq dren-kanal, 0,6 km təsərrüfatdaxili lildən təmizlənib, 1ədəd subartezian quyusu bərpa edilib, hazırda kənddə 20 şagird yerlik modul tipli ibtidai məktəb tikilib və hazırda məktəbin ərazisində abadlıq işləri aparılır.
2018-ci ildə İmamqulubəyli kəndində 10 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 30 sentner olmaqla 30 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə kənddə 11 hektar pambıq əkilməsi nəzərdə tutulmuş və 3 nəfər fermer 11 hektar pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamışdır. İndiyədək 11 hektar sahə şumlanmış, və sahələrdə tam arat aparılmışdır. Baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər görülmüş, indiyədək ərazidə 900 ədəd yerli çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri İlduzə Cəbiyeva aparılan tikinti-abadlıq işlərinə, sakinlərin sosial müdafiəsinə göstərilən qayğıya görə Prezidentə minnətdarlığını bildirdi, Zümürxan-İmamqulubəyli-Çəmənli kəndlərarası yolun asfaltlaşdırılmasını xahiş etdi, Akif Qasımov pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Əsəd Məmmədov Kəndin elektrik güc transformatorunun yerinin dəyişdirilməsi, Xanış Muxtarov məcburi köçkün kimi mənzillə təmin edilməsi, İsa Qaraşov kənd qəbirstanlığının yolunun qum-çınqılla təmiri, Əbdülrəhman Şirinov yeni tikdirdiyi evə qaz çəkilməsi, İbadət Məmmədov Çəmənli kəndinin telefonlaşdırılmasının başa çatdırılması, Əvəz Nəcəfov işlə təmin, Rasim Nəsirov həyətinin çəpərinə uzun illər bundan əvvəl əkilmiş çinar ağaclarının təhlükə yaratmasının qarşısının alınması üçün ağacların budanmasına icazə verilməsi, Cahangir Əzimov məcburi köçkünlər və yerli sakinlər tərəfindən tikilmiş 40 evin qazlaşdırılması, Calal Abdullayev həyətinə keçmək üçün qaz xəttindən yol verilməsi, Ramil Əyyublu Polis işçisi kimi işləməsinə kömək göstərilməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, Prezidentin əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.