Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir.

07 mart 2019 | 16:00
           Tədbirdən öncə rayon qadınlarının bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsi önünüə tər gül-çiçək dəstələri qoyaraq dahi şəxsiyyətin ruhunu yad etmişlər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatın məsul işçiləri, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçı Vidadi İsayev rayon qadınlarını 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmiş,  geniş nitq söyləmişdir. Qeyd etmişdir ki, cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır.
1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart  Dünya Qadınlar Günü qəbul edilmişdir. 1975-ci il Beynəlxalq Qadın ili olaraq qeyd edilmiş, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 Mart Qadın hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul edilmişdir. Azərbaycann qadına münasibət milli mənəvi dəyərlərimizin əsasıdır. Azərbaycan qadını öz ağlı və mərdliyi, saflığı və sədaqəti ilə tarixən milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır və bu gün də belədir.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dövlət qadın siyasəti daha da möhkəmlənmişdir. 1995-ci ildə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin təsbiti xalqımızın ümummilli lideri Heydər Əliyevin qadın hüquqlarına diqqət və qayğısını təzahür etdirir. Məhz ümummilli liderimiz Heydər Əliyev qadın əməyi, qadın fəaliyyəti, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmış, respublika qadınlarının ilk milli Qurultayının keçirilməsinə birbaşa rəhbərlik etmişdir. Tariximizdə çox mühüm hadisə olan bu mötəbər Məclisdə ulu öndər Heydər Əliyev demişdir: “Mən sizə və sizin şəxsinizdə bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında,  dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə Sizə təşəkkür edirəm, çox sağ olun, Sizə xoşbəxtlik, can sağlığı arzulayıram.” Bu, Azərbaycan qadınlarının   zəhmətinə verilən ən yüksək qiymətdir.  Məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan BMT-nin “Qadınlara qarşı hər cür ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət eetmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətiun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin möhkəm təminatçısıdır. Respublika qadınlarının ikinci qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Milli Fəaliyyət Planında “Qaçqın və məcburi köçkün qadınlar”, “Qadın və məşğulluq” və digər mühüm məsələlərin həlli,  2006-cı ildə parlamentdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi ölkəmizdə dövlət qadın siyasətinin möhkəmləndirilməsi üçün  mühüm addımlardır. Hazırda ölkəmizdə qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyyət göstərir. Bu gün Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Dövlət müstəqilliyimizin bərpasından sonra ötən  illər ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib., ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib.   Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində  qadınlarımızın nailiyyətləri məmmnunluq hissi doğurur.” Bu ölkə rəhbərinin Azərbaycan qadınlarının əməyinə verdiyi yüksək qiymətdir.
Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar.
Bu gün dünyada bütün Azərbaycan qadınlarının ən gözəl təmsilçisi Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun Prezidenri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva  fəaliyyəti ilə dünya siyasi arenasında yüksək nüfuz qazanmışdır. Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədi layiqincə yerinə yetirən onun vitse –prezidenti, Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva fərqli mədəniyyətlər arasında dialoqun qurulmasında, dövlətimizin uğurlu daxili və xarici siyasətinin təbliğində, “Xocalıya ədalət” kimi vacib  kompaniyanı həyata keçirməklə mühüm xidmətlərin müəllifi kimi çıxış edir. Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onu ölkənin, cəmiyyətin inkişafında nə dərəcədə mühüm rol oynadığını  və bu istiqamətdə verdiyi töhfələrin böyük əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.
Bərdə rayonunun sosial-iqtisadi inkişafında rayonun qadınlarının əməyi çox böyükdür. Rayonda təhsil sahəsində çalışan işçilərin 2800-dən çoxu, mədəniyyət sahəsində çalışanların 1200 nəfəri, səhiyyə sahəsində çalışanların 600 nəfərdən çoxu qadındır.
Rayonun iqtisadiyyatının bütün sahələrində qadınlar təmisil edilmişdir.

Tədbirdə şəhər 8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi “Tərəqqi” medallı Ruxsarə Mirzəyeva çıxış etmiş, ölkədə aparlan dövlət qadın siyasətilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə rayon  qadınları adından minnətdarlığını bildirmişdir.
Tədbirdə   rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilmiş, bir qrup qadın qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirin sonunda rayonun mədəniyyət işçiləri iştirakçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
 

Keçidlər