Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

07 mart 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkə başçının verdiyi tapşırıqları və həmin günlərdə imzaladığı Sərəncamlar barədə ətraflı məlumat verdi, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir.  Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, icra edilən layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. Qəhrəmanlı kəndindin də daxil olduğu Həsənqaya kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, kəndləri şəhərlə birləşdirən yol asfaltlaşdırılıb, kəndlərin elektrik şəbəkələrinin kabelləşdirilməsinə başlanıb,
Son illər Qəhrəmanlı kəndində də əhatə edən Yeni Daşkənd-Umudalılar kəndlərarası yol yenidən qurulmuş, kənddaxili 5 km yollar qum-çınqılla əsaslı təmir edilmiş, kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 8 bulaq quraşdırılmış, evlərə içməli su verilmiş, suvarma üçün 1 ədəd subartezian quyusu bərpa edilmişdir.
Kənddə pambıqçılığın və baramaçılığın inkişafı üçün tədbirlər həyata keçirilmiş, 2018-ci ildə 37 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 33 sentner olmaqla 122,7 ton pambıq istehsal edilmiş, 2019-cu ildə38 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, artıq 7 nəfər fermer 38 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamış və pambıq əkiləcək sahələr arat olunmuşdur.  Baramaçılığın inkişafı üçün ərazidəki 2000 ədəd çəkil ağacları budanmış, 2018-ci ildə ərazidə  300 ədəd yerli çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Suliddin Musayev kəndin “Bağçılıq” adlanan ərazisində subarma üçün 1 ədəd subartezian quyusunun vurulması, Famil Rüstəmov kəndin daxili yollarının qum-çınqılla cari təmiri, Vəli Mehdiyev Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi, Elgün Əsədov həyətindən keçən elektrik xəttinin kabelləşdirilməsi, Svetlana Babayeva kəndin örüş sahəsinin ərazidə məskunlaşmış məcburi köçkünlər tərəfindən zəbt edildiyindən heyvanları otardıqları meşə torpağı ərazisindən çıxarılmalarının köçkünlər köçənədək ləngidilməsi, Qəndab Əkbərova məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi, Mərziyyə Abdullayeva oğlunun boşadığı arvadından oğlan nəvəsinin onun himayəsinə və ya qəyyumluğuna verilməsi, Bəsdi Edilova Ağdam kollecini bitirmiş qızının işlə təmin edilməsi, Gülsüm Məmtiyeva valideynləri vəfat etmiş nəvələrinə həyətyanı torpaq sahəsi verilməsi, Sura Qasımova ankoloji xəstə kimi dərman pereparatları alınıb verilməsi, Mübariz Səmədov yanğından sonra tikdirdiyi evin tikintisinin başa çatdırılmasına köməklik göstərilməsi, Zaməddin Süleymanov işlə təmin, Əli Hətəmov ərazidə olan 1,5 km açıq dren kanalın lildən təmizlənməsi, Yaşasif Əliyev kəndə marşurut açılması, Elşən Mehdiyev kəndin “BAM” adlı ərazisində suvarma suyu üçün 1 ədəd subartezian quyusunun vurulması, kəndə verilən təbii qazın idarə olunması üçün QRP qoyulması, Eldəniz Hətəmov yeni tikdirdiyi evə təbii qaz çəkilməsi, Məmməd Məmmədov torpaq islahatı zamanı qohumu tərəfindən pay torpağının koluşqasının dəyişdirilməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, Prezidentin əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə  Respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər