Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə təntənəli Novruz bayramı şənliyi keçirildi.

19 mart 2019 | 16:00
Heydər Əliyev adına park-bulvarda keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayon icra hakimyyətinin, YAP rayon təşkilatının,   hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri iştirak etmişdir.
       Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
        Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayon rəhbərliyini Dədə Qorqud və Bahar qız Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.
        Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin və məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olmuş, məktəblilərin ifasında bədii kompozisiya və səhnələrə, gənc idmançıların idman proqramlarına, gənclərin dirə-döymə oyunlarına, pəhləvanların səhnələrinə tamaşa etmiş, milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur.
  Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
        Musiqi sədaları altında meydana Bahar qızı gəlmişdir.
        Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir.
        Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayiət olunmuşdur.
Keçidlər