Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsinə təntənə ilə yola salındılar
23 mart 2019 | 16:00
Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsinə təntənə ilə yola salındılar
Martın 23-də Bərdədə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda ictimaiyyət nümayəndələri, təhsil işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə məktəblilərin “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsinə yola salınma tədbiri keçirilmişdir.
Tədbir meydanda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq abidəsi önünə tər güllər düzülməsi ilə başlanmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev çıxış edərək gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin müxtəlif bölgələrinin müasir həyatının, tarixinin, mədəni irsinin, adət-ənənələrinin, özünəməxsus xüsusiyyətlərinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə növbəti səyahətlərinin başlandığını bildirmiş, “Ölkəmizi tanıyaq!” layihəsinin əhəmiyyətindən danışmış, gənclərə göstərilən diqqət və qayğıya, bu tur aksiyanın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün bərdəlilər adından dərin minnətdarlıq etmişdir. Qeyd etmişdir ki, dövlət başçısının tapşırığına əsasən təşkil olunan bu aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Daha sonra tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş biliklər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə etmiş, mənalı istirahət və uğurlar arzulamışdır.
Təntənəli yola salma tədbirində iştirak edən “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində rayonun 16 məktəbindən seçilmiş 40 nəfər nümunəvi məktəbli və valideynlər bu cür tur-aksiyaya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər müşayiətçi heyətlə birlikdə onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın şimal bölgəsinə yola salınmışlar.