Süni mayalandırma yolu ilə alınmış buzov və balaqların sərgisi
27 aprel 2013-cü il tarixdə rayonun Mehdili kəndində Kənd Təsərrüfatı nazirliyinin təşkilatçılığı ilə ətraf 7 rayonda (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Goranboy, Tərtər rayonu və Yevlax şəhəri) süni mayalanma yolu ilə alınmış buzov və balaqların sərgisi keçirilmişdir.
Tədbirdə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, həmin şöbənin baş məsləhətçiləri Vidadi Bayramov və Savalan Seyfəddinov iştirak ediblər.
Tədbirdə 3000 nəfər iştirak etmişdir.
Tədbiri Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının şöbə müdiri Çingiz Fərəcov çıxış etmiş, sərgi iştirakçıları nümayiş etdirilən süni yolla mayalandırılmış buzov və balaqlara baxmışlar.
Bərdə rayonunda fəaliyyət göstərən 15 nəfər süni mayalama texniki keçən il 2570 baş inək və camışı süni mayalamışlar. Bu ümumi naxırın 5,9 faizini təşkil edir. Bu il rayonda 4 min baş heyvanın süni mayalandırılması proqnozlaşdırılır.
Rayonun süni mayalama texniklərindən Qaradəmirçi kəndindən Əliş Abdullayev və Kolayır kəndindən Səyyaf Balakişiyev keçən il adama 441-443 baş heyvanı süni mayalamışlar.
Sərgiyə 103 baş süni mayalama yoli ilə alınmış buzov və balaq nümayiş etdirilmişdir.
Sərgi keçirilən Vahid Rzayevin hazırda 500 baş inək saxlanılan südçülük kompleksində süni mayalama yoli ilə 250 baş buzov alınmış, hər bir inək gündə orta hesabla 20-25 kiloqram süd verir.