“Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsindən qayıdan Bərdə məktəbliləri təntənə ilə qarşılandılar.
26 mart 2019 | 16:00
“Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsindən Bərdə məktəbliləri təntənə ilə qarşılandılar.
Martın 26-da Bərdədə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda ictimaiyyət nümayəndələri, təhsil işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə məktəblilərin “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsindən qayıdan məktəblilərlə qarşılanma qarşılanma tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev məktəblilərin səfər təəssüratları ilə maraqlanmış, oradakı tarixi və müasir yerlər barədə fikirlərini soruşmuş, çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif bölgələrinin inkişafından, gözəlləşməsindən, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan bu gözəl şəraitdən danışmış, Azərbaycanımızın müasir həyatının, tarixinin, mədəni irsinin, adət-ənənələrinin, özünəməxsus xüsusiyyətlərinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq baxımından“Ölkəmizi tanıyaq!” layihəsinin əhəmiyyətindən danışmış, gənclərə göstərilən diqqət və qayğıya, bu tur aksiyanın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün bərdəlilər adından dərin minnətdarlıq etmişdir. Qeyd etmişdir ki, dövlət başçısının tapşırığına əsasən təşkil olunan bu aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Təntənəli qarşılanma tədbirində iştirak edən “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala zonasından doğma Bərdəyə qayıdan məktəblilər səfər təəssüratlarını bölüşmüş, bu cür tur-aksiyaya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.