Dövlət Təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Bərdə rayon İcra Hakimiyyəti və DTX Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
28 mart 2019 | 16:00
Bərdə rayon Heydər Əliyev Mərkəzində Dövlət Təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Bərdə rayon İcra Hakimiyyəti və DTX Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarxin nümayişi ilə başlanılmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbiri açaraq təhlükəsizlik orqanlarının şəxsi heyətini peşə bayramları münasibətilə təbrik emiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamış, Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrinin təxribatlarından qətiyyətlə qorumasında, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərməsindən ətraflı danışmışdır. Bildirmişdir ki, təhlükəsizlik orqanlarının formalaşması və inkişafında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rolu olduqca böyükdür. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Təhlükəsizlik məsələsinə hər zaman önəm verən Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.
Tədbirdə DTX Bərdə şöbəsinin rəisi Məzahir Xəlilov öz çıxışında xüsusi xidmət orqanlarının Xalq Cümhuriyyəti, sovet və müstəqillik illərini əhatə edən çətin, kəşməkəşli, eyni zamanda, şərəfli tarixinə diqqət çəkmişdir.
Tədbirdə rayon prokuroru Fəxrəddin Məmmədov, Respublika Əmək, Silahlı Qüvvələr və Müharibə Veteranları Birliyi rayon şöbəsinin sədri Oqtay Həşimov, Qarabağ müharibəsi veteranı Gəray Əsədov çıxış edərək təhlükəsizlik orqan əməkdaşlarını bayram münasibətilə təbrik etmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin bir qrup əməkdaşına Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.