Şriftin ölçüsü :

Saytın rəngi :

Çəmənli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

28 mart 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkə başçının verdiyi tapşırıqlar və həmin günlərdə imzaladığı Sərəncamlar barədə ətraflı məlumat verdi, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışmış, həyata keçirilən tədbirlərə görə bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. Çəmənli kəndindin də daxil olduğu Zümürxan kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, kəndlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilir.
Son illər Çəmənli kəndi  qazlaşdırılmış, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin 40 fərdi yaşayış evi qazlaşdırılmış, kəndin 3,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmış, Zümürxan –Çəmənli kəndlərarası yol qum-çınqıl verilərək dəfələrlə qreyderlənmiş, yolun kənarında 300 ədəd meyvə ağacı əkilmiş, içməli su üçün bir ədəd subartezian quyusu vurulub, su qülləsi quraşdırılıb, küçələrə 920 metr su xətti çəkilmiş, küçələrdə 8 bulaq tikilmiş,   kəndin ərazisində suvarma üçün 1 ədəd subartezian quyusu qazılmış, uzun illərdən bəri işləməyən içməli və suvarma suyu üçün istifadə olunan subartezian quyusu bərpa edilmiş, yeni transformator və dərinlik nasosu quraşdırlaraq istismara verilmiş, kəndin ərazisindən keçən 0,6 km açıq dren kanal lildən təmizlənmişdir.
2018-ci ildə İmamqulubəyli kəndində 35 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 28 sentner olmaqla 98 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə kənddə 25 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, pambıq əkiləcək sahələr şumlanmış və arat edilmişdir. Keçən il  1 nəfər kümçü tərəfindən 5 qutu barama götürülüb saxlanmış, hər qutudan 48 kq olmaqla 240 kq barama istehsal edilmişdir.  indiyədək ərazidə 1500 ədəd yerli çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Arif Məmmədov yaşadığı küçəsə elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, Azər Nəsibov kəndin telefon şəbəkəsinin tikilməsi, Zahid Hüseynov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, İbadət Məmmədov kəndin elektrik şəbəkəsinin yenidən qurulması, qəbirstanlığıa işıq çəkilməsi, Elmira Mustafayeva örüş yerinin bir hissəsinin zəbt olunması, Gülarə Niftalıyeva çadır verilməsi, Üzeyir Məcnunov qaz xəttinin yerinin dəyişdirilməsi, artezian quyusunun təmiri, Flora Abbasova yaşadığı küçədə qaz sızmasının qarşısının alınması barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, Prezidentin əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə  respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər