Bərdədə ölkənin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə konsert keçirilmiş və atəşfəşanlıq olmuş, agacəkmə kompaniyası keçirilmişdir.
07 aprel 2019 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev çıxış edərək bütün bərdəlilər adından ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla xalqımızı və bərdəliləri təbrik etmiş, ölkədə iqtisadi inkişafdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, sosial islahatlardan danışmış və bu inkişafın Azərbaycanda demoqrafik yüksəlişə müsbət təsirinə diqqət çəkmişdir.
Tədbir konsert proqramı ilə davam etmiş, atəşfəşanlıq olmuşdur.
Tədbirin davamı olaraq 10 milyonuncu vətəndaşın şərəfinə ağacəkmə kompaniyası aparılmışdır. Kompaniya zamanı 3 min ədəd ağac və gül kolu əkilmişdir.