Şriftin ölçüsü :

Saytın rəngi :

Qayalı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

11 aprel 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışdı, ölkə başçısının imzaladığı sərəncamlarla əhalinin xeyli hissəsinin maddi-rifah halının yüksəldiyini, problemli kreditlərin həll edildiyini, həyata keçirilmiş tədbirlər nəticəsində artıq bu günlərdə ölkəmizdə 10 milyonçu vətəndaşın düyaya gələcəyinin gözlənildiyini bildirdi, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi.  Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. Mehdixanlı kənd    inzibati ərazi dairəsi ölkəmizlə birlikdə inkişaf edib, inzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, sakinlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunurlar.
Son illər Qayalı kəndi  qazlaşdırılmış, Qayalı kənd sakinlərinin də istifadə etdiyi Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulub, kəndin içməli su şəbəkəsi tikilib, hər evə içməli su verilib, küçələrdə 6 bulaq inşa edilib, kəndin baş yolu və daxili yolları qum-çınqıllaq əsaslı təmir edilib, baş yolun kənarlarında 200 ədəd ağac əkilib,   kənddə 160 kv-luq transformator quraşdırılıb, elektrik şəbəkəsinin 50 faizi kabelləşdirilib, yolun kənarlarında 800 ədəd ağac əkilmiş, təsərrüfatdaxili 2 km arxlar lildən təmizlənmiş, suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb. 
2018-ci ildə Qayalı kəndində 21 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 28 sentner olmaqla 58,8 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə kənddə 19 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, pambıq əkiləcək sahələr şumlanmış və arat edilmişdir. Keçən il  2 nəfər kümçü tərəfindən 4 qutu barama götürülüb saxlanmış, hər qutudan 48 kq olmaqla 192 kq barama istehsal edilmişdir.  İndiyədək kənddə 220 ədəd yerli tut tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Arif Qiyasov kəndin baş yolunun asfaltlaşdırılması, Mikayıl Qiyasov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, Nizami Qiyasov evinə gələn qaz xəttinin qonşusunun həyətindən çıxarılması, Əli Mehdiyev ailəsinə ÜSY təyin edilməsi, Qaz istirmar sahəsi tərəfindən sayğacının 2016-cı ildən açılıb aparılması, Yaqub Mehdiyev kəndə marşurut xəttinin açılması, kənddə tibb məntəqəsinin açılması, Qurban Talıbov internetin olmaması
Bəbir Şəldiyev icarəsinə torpaq verilməsi, Elmidar Məmmədov suvarma üçün 1 ədəd subartezian quyusunun vurulması, İntiqam Əzizov evinin yanında elektrik dirəyinin basdırılması, Arif Seyidov su borusunun oğurlanması, Rəsul Həsənov veteranlıq ala bilməməsi, Sevdar Məmmədov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, Müşviq Məmmədov kənd məktəbinin döşəməsinin təmir edilməsi, kənd ərazisində olan qobunun təmizlənməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə  respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər