Şriftin ölçüsü :

Saytın rəngi :

Mollaisalar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

25 aprel 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mollaisalar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kolayır  kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.  Mollaisalar kəndində son illər kənddaxili 6 km yollar qum-çınqılla əsaslı təmir edilmış, kənd qəbirstanlığı abadlaşdırılmış, qəbirstanlığa 0,6 km hasar tikilmiş, darvaza əsaslı təmir edilmiş, mərasimlər üçün talvar inşa edilmiş, kənddə 2 ədəd su qülləsi quraşdırılmış, küçələrə su şəbəkəsi çəkilmiş, bütün evlərə içməli su verilmiş, kəndin elektrik şəbəkəsinin təqribən 60 faizi kabelləşdirilmiş, kəndin ərazisindən keçən 2 km açıq dren kanalı lildən təmizlənmış, kənd sakinləri yenidən qurulmuş və asfaltlaşdırılmış Mollaisalar-Vəliuşağı-Sərkarlar avtomobil yolundan istifadə edirlər.
2018-ci ildə kənddə 3 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 38 sentner məhsul götürülmüşdür. 2019-cu ilin məhsulu üçün artıq 67 sahədə pambıq əkmək üçün müqavilə bağlanmış, şum və arat aparılmış, səpin başa çatmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İsrəfil Balakişiyev körpələr evi-uşaq bağçası açılması, Rəşad Musayev kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Surxay Rüstəmov kəndin elektrik şəbəkəsinin yenidən qurulmasının başa çatdırılması, şəhid ailəsi Arzu Əhmədova maddi yardım göstərilməsi və şəhidlərə abidə qoyulmasıbarədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər