Şriftin ölçüsü :

Saytın rəngi :

11 may 2019-cu il tarixdə Bərdə rayonun 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

11 may 2019 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi 265 nəfər iştirak etmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev  iştirak etmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə 2019-cu ilin birinci rübünün respublikamız üçün uğurlu olduğu kimi rayonumuz üçün də uğurlu olduğunu bildirmişdir.
cari ilin birinci rübü   ərzində
Rüb  ərzində rayon üzrə 79,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 3,9 milyon manatlıq sənaye, 35,0 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 5,9 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 1,8 milyon manatlıq nəqliyyat xidməti, 0,4 milyon manatlıq informasiya və rabitə, 32.7 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2018-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumi məhsul istehsalı 2,8 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 17,8  faiz, nəqliyyat xidməti 6,0 faiz, informasiya xidməti 8,0 faiz, ticarət xidmətləri 4,8 faiz artmışdır.

Rüb ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 121,4 faiz, xərcləri proqnozuna 82,7 faiz əməl edilmişdir. Əlavə dəyər vergisi (92,2%) və torpaq vergisi istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri tam icra edilmişdir.
Strateji yol xəritəsinin həyata keçirilməsinin nəticəsidir ki, beş il ərzində ümumi məhsul buraxılışı 149,5 milyon manat və ya 45,1  faiz, o cümlədən   sənaye məhsul istehsalı 2,9 milyon manat və ya 26,6 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 102,6 milyon manat və ya 80,6 faiz,  nəqliyyat xidməti 1,5 milyon manat və ya 26,3 faiz , informasiya və rabiti 0,4 milyon manat və ya 44,4 faiz, ticarət xidmətləri 69,3 milyon manat və ya 80,1 faiz artmışdır.
Beş il ərzində Dövlət Proqramı çərçivəsində cəmi 1420 şagird yerlik Nazırlı kənd 1 №-li və Qazaxlar, Türkmən və Güloğlular kənd  tam orta, şəhər 7 №-li, Qaratəpə və Hacılı kənd ümumi məktəbləri tikilmiş, ümumi 2110 şagird yerlik şəhər 5 saylı və 6 saylı,  Xanqaraqoyunlu kənd tam orta məktəbləri əsaslı təmir edilmişdir. Ümumilikdə 3530 nəfər şagirdin təhsil şəraiti müasir tələblər səviyyəsində qurulmuşdur. Cari ilin birinci rübündə İmamqulubəyli kəndində  20 şagird yerlik, Nəcəfqulubəyli kəndində 56 şagird yerlik ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik və Təhlə kəndində 80 şagird yerlik ümumi modul tipli məktəblər tikilmiş, hazırda həmin məktəblərin həyətlərində abadlıq işləri aparılır.

Bunlarla birlikdə rayonda Aqrar Elm və İnformasiya Mərkəzi, 100  yerlik uşaq bağçası tikilmiş, rayon Mədəniyyət mərkəzi yenidən qurulmuş və əsaslı təmiri edilmiş, "Bərdə" türbəsi bərpa edilmiş, Torpaqqala tarixi abidəsi təmir edilmişdir.
Mehdili kəndində yem istehsalı müəssisəsi və Samux kəndində “Azərxalça” ASC-nin “Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi”, Hacılar kəndində süd toplama məntəqəsi, Cəyirli kəndində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmişdir.
Yol ifrastrukturunun unkişafı üçün böyük layihələr həyata keçirilmiş, ümumi uzunluğu 58 km olan  Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar,  Yeni Daşkənd-Umudalılar və Muğanlı-Körpüsındırn kəndlərarası yolları yenidən qurulmuşdur.
Bərdə şəhəri ərazisində Bərdə-Ağdam yolunun, Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpüləri tikilmiş, ümumi uzunluğu 8 km olan Əyricə, Güloğlular, Nəcəfqulubəyli, Qaradağlı, Yeni Daşkənd və Qaraqoyunlu kəndlərinin baş yolları asfalt-betonla inşa edilmiş, ümumi uzunluğu 185,1 km olan 14 kəndin daxili yolları, 22 km kəndlərarası yollar qum-çınqılla əsaslı təmir edilmişdir.
Rayonda mövcud problemlərin həlli üçün aidiyyatı qeyri hökumət  təşkilatlarını cəlb etməklə layihələrin hazırlanıb həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
2009-2018 illərdə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonda 67 layihə icra olunmuş, 620 km kənddaxili yollar əsaslı təmir edilmiş, 122 km suvarma kanalları lildən təmizlənmiş, 93 km içməli su xətləri çəkilmiş, su şəbəkələri tikilmiş, 51 km açıq dren kanallar lildən təmizlənmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində önəmli işlər görülmüşdür.
1011,3 km müxtəlif diametrli qaz xətləri çəkilərək 50 kənd qazlaşdırılmış, 13591 abonentə təbii qaz verilmiş, itkilərinin qarşısını almaq üçün tədbirlər görülmüş, 1175 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilmişdir.
Bu gün rayonda qazlaşmanın səviyyəsi 99,8 faizdir.
Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğu quraşdırılmış, hər kənddə şəbəkə tikilmiş, küçələrdə 34 bulaq inşa edilmişdır. Rayonun Arabaçılar və Hacılar kəndlərinin sakinlərinin içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 2 ədəd subartezian quyusu qazılmış və su şəbəkəsi tikilmiş, Arabaçılar kəndində 27 ədəd, Hacılar kəndində 28 ədəd bulaq tikilmişdir.
Rayonda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün şəbəkədə əsaslı işlər görülmüş, Bərdə şəhərinin Tərtər çayının sağ sahilində 1400 nömrəlik Elektron ATS tikilmiş, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış məhəllədə 1024 nömrə, Təhlə kəndində 160 nömrə, Cəyirli, Güloğlular, Şorəlli və Divanlı kəndlərinin sakinlərinə xidmət üçün Cəyirli kəndində 480 nömrə, Əliyanlı kəndində 128 nömrə, Alaçadırlı kəndində 164 nömrə tutumlu Elektron ATS-lər quraşdırılmış,  36,6 km optik kabel çəkilmiş, 133,81 km kabel xətləri yenidən tikilib, 2451 dirək yenisi ilə əvəz edilmiş, 2451 evə telefon rabitəsi verilmişdir. 39 binanın dam örtükləri yenisi ilə əvəz edilmiş, 33 binanın dam örtükləri, 22 binanın fasad və giriş hissələri təmir edilmiş, 16 binanın zirzəmiləri təmizlənərək texniki normaya gətirilmişdir.
Hazırda rayonda dünya standartlarına cavab verən regional Peşə liseyi mərkəzinin, yeni Pambıq emalı zavodunun, pambıq qəbulu məntəqəsinin, yaş baramanın qəbulu məntəqəsinin, “DOST” iş mərkəzinin tikintisi, pambığın və baramanın Çin respublikasının texnologiyası əsasında istehsalı və emalı üçün tədbirlər həyata keçirilir.
2019-cu ilin birinci rübündə rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 17,9 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rüb ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,9 faiz artmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb  ərzində 518-i daimi olmaqla 954 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 518-i fiziki şəxslərdə, 436-sı digər layihələrin,mövsümi və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır. 
Rüb ərzində rayonda 35 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 17,8 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 18 ədəd subartezian quyusunun qazılmasına başlanmış, rüb ərzində  Xanxanımlı kəndində 1 ədəd, Şirvanlı kəndində 2 ədəd, Soğanverdilər kəndində 1 ədəd, Lək kəndində 2 ədəd, Əmirli kəndində 1 ədəd subartezian quyusu qazılmış, Xanərəb kəndində 1 ədəd, Mirzalıbəyli kəndində 1 ədəd, Kürdborakı kəndində 1 ədəd subartezian quyusu qazılır.
Bunlarla yanaşı 41 ədəd hidrotexniki qurğular, 8 ədəd hidropost, 2 km beton kanal, 2 ədəd nasos stansiyası, 135 ədəd subartezian quyusu cari təmir edilmiş, 12 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilmiş, 61 ədəd subartezian quyusunda sazlama işləri aparılmışdır.
Hesabat dövründə cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 9005 hektar buğda, 2568 hektar dənlik arpa, 612 hektar kələm, 460,5 hektar baş soğan, 30,5 hektar sarımsaq, 2493,2 hektar təzə yonca, 1146 hektar xəsil arpası əkinləri aqrotexniki qaydada becərilməsi təmin edilmişdir.
Rayonda yazlıq əkinlərin optimal müddətdə aparılması üçün tədbirlər görülmüş, indiyədək 10140 hektar sahədə, keçən ildəkindən 510 hektar çox sahədə pambıq, 91 hektarda dən üçün qarğıdalı, 205 hektarda şəkər çuğunduru, 197 hektarda dən üçün günəbaxan, 121 hektarda kartof, 96 hektarda xiyar, 53 hektarda pomidor, 721 hektarda kələm, 729 hektarda baş soğan, 545 hektarda digər tərəvəz məhsulları, 291 hektarda bostan bitkiləri, 2560 hektarda təzə yonca əkilmişdir. Yazlıq əkinlər müvəffəqiyyətlə davam edir.
Rayonda barama istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Çəkil və tinlərə aqrotexniki qaydada xidmət göstərilmiş, kümxanalar təmizlənmiş və təmir edilmişdir. Rayonda 1000 qutu, keçən ildəkindəntəqribən 2 dəfə çox barama gətirilmiş, 330 kümçüyə çatdırılmışdır. Baramaçılıq sahəsində 1422 nəfər məşğul olacaqdır.
“Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında”
Azərbaycan Respublikasınının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, rüb ərzində 19389 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə 8480 nəfəriin müavinət və təqaüdü 576400 manat, 27 fevral tarixli Sərəncamı ilə 5570 nəfərin əmək pensiyası 54800 manat artmışdır.
Həmçinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2019-cu il tarixli Sərəncamı ilə rayonda müvəqqəti məskunlaşmış 25000 nəfərin müavinəti 500 min manat artmışdır.
Bunlarlaq yanaşı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 100-lərlə sakinimiz bank kreditlərindən azad edilməklə yanaşı əlavə vəsait əldə edəcəklər.
vəsait əldə edəcəklər.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə təkcə Bərdə rayonunda 52869 nəfərdən çox əhali göstərilən Sərəncamlardan yararlanacaq, həyat səviyyəsi yüksələcəkdir.
Pay torpağı olan 318 nəfər qeydiyyata götürülmüşdür.
Rüb ərzində 200 nəfərə pensiya işi təyin edilmişdir.
Birinci rübün sonuna rayonda 1 nəfərə 47,15 manat olmaqla 3295 nəfərdən ibarət 803 aztəminatlı ailəyə ünvanlı sosial yardım verilir.
Rayonda təqaüdlər və bütün növ müavinətlər mövcud bankomatlar vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
İmtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəliliyi, işləməyən əhalinin uçotu mövcud qanun əsasında aparılması davam etdirilmişdir.
Rüb ərzində 832 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 461 nəfər işaxtaran münasib işlə təmin (120 nəfər qadın, 164 nəfər gənc, 48 nəfər məcburi köçkün) olunmuşdur. Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 2 nəfər müəssisələrdə yaradılmış kvota yerinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2016-cı il tarixli sərəncamı əsasında rüb ərzində 15 nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə cari ilin ötən dövründə rayonda 480 nəfərin ictimai işlərə cəlb edilməsi təmin edilmiş, onların 49 yerdə işləri təmin olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən işçilərin dislokasiya yerində işlərinin təşkilinə, əmək intizamının qorunmasına daimi nəzarət təşkil edilmiş, komissiya üzvləri iş yerlərinə təhkim olunmuşlar. 
Bunlarla yanaşı “Sokar” şirkətində 124, Ağdam qaz ixracı idarəsində 5,  Azərenerji ASC-də 8 və Azərişıq ASC-də 50, Nəqliyyat müəssisəsində 1 nəfər işlə təmin olunmuşlar.
Həyata keçirilmiş tədbirlər nəticəsində əhali və iqtisadiyyatın fasiləsiz olaraq elektrik enerjisi ilə təchizatı təmin edilmiş, istehlak olunmuş enerjinin haqqı 90,89 faiz ödənilmişdir.
İstehlak edilmiş qalın dəyəri 79,8 faiz, o cümlədən əhali üzrə 89,9 faizi, qeyri əhali üzrə 45,6 faizi ödənilmişdir.
Cari ilin birinci rübü ərzində şəhərin su şəbəkəsində 1ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz edilmiş, 18 ədəd subartezian quyusunun avadanlıqları əsaslı təmir edilmiş, 201 abonentə su sayğacı quraşdırılmışdır. Rayon mərkəzində diametri 25 mm olan 574 p/metr içməli su xətti, diametri 200 mm olan 90 p/metr kanalizasiya xətti çəkilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində istehlak edilmiş içməli suyun dəyəri 99,9 faiz ödənilmişdir.
3 ay ərzində şəbəkədə 7 kənddə rabitə xətləri yenidən qurulmuş, 5,3 km optik kabel çəkilmiş, 126 yeni dərək basdırılmış və 4,85 km hava xətləri əsaslı təmir edilmiş,
3 ayda 60 evə telefon çəkilmiş, 323 abonentə sürətli internet verilmişdir.
Rüb ərzində Telekommunikasiya qovşağında gəlir proqnozuna tam, əhaliyə poçt xidməti proqnoza 97 faiz əməl edilmişdir.
Rüb ərzində İmamqulubəyli kəndində 20 şagird yerlik,  Nəcəfqulubəyli kənfinfə 56 şagird yerlik modul tipli ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik  və Təhlə kəndində 80 şagird yerlik ümumi, Lək kəndində Ağdam köçkün 65 saylı tam orta məktəbi üçün  modul tipli məktəblər tikilmiş, hazırda məktəblərin həyətlərində abadlıq işləri aparılır. Ümumtəhsil məktəblərinin IX sinfində 1776 nəfər şagird buraxılış imtahanlarının birinci mərhələsində iştirak etmişlər, XI sinifində təhsil alan 1073 nəfər şagirddən 810 nəfəri və ya 75 faizindən çoxu ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 11 fevral 2019-cu il tarixdən 12 may 2019-cu il tarixədək əhalinin tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar indiyədək 172 idarə, müəssisə və təşkilatların işçiləri və 110 yaşayış məntəqələrinin sakinləri daxil olmaqla 134474 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 513 nəfər ambulator, 180 nəfər stosionar müalicəyə cəlb edilmiş, 139 nəfər müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Uşaqların tibbi müayinəsi davam etdirilir.
Xəstələrin ərzaq məhsulları təmini üçün tədbirlər görülmüş, rüb ərzində ərzində 40,7 min manatlıq ərzaq məhsulları alınmışdır. Rüb ərzində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində işlərin gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün tədbirlər davam etdirilmişdir.
Rüb ərzində rayonun idmançıları müxtəlif nominasiyalı respublika,  Beynəlxalq yarışlarında uğurla çıxış etmiş, 6 qızıl, 8 gümüş və 4 bürünc olmaqla 18 medal qazanmışlar.
3 ayda  rayon ərazisində 89 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərdən 81 hadisə, yəni 98,8 %-i açılmış, 1 hadisə bağlı qalmışdır. Baş vermiş cinayətlərin 12,4 faizi ağır və xüsusilə ağır cinayət olmuşdur.
Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 17 nəfərdən ibarət 5 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Rayonda dini radikalizmlə mürarizə sahəsində işlər davam etdirilmiş, bu məqsədlə müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmişdir.
Rüb ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 431  ədəd, dövlət orqanlarından 266 ədəd müraciət daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı 10 faiz azalmışdır.
Azərbaycan Respublikasının Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel 503 nömrəli Fərmanının icrası təmin edilərək daxil olan bütün vətəndaş müraciətləri, müraciətlərlə əlaqədar görülən bütün işlər vahid informasiya sisteminə daxil edilməsi davam etdirilmişdir.
Rüb ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında  4123  nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 829  nəfər qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 16 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 1730 nəfər iştirak etmiş, 149 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaşların müraciətləri əsasında tədbirlər görülmüş, aidiyyatı izahatlar verilmiş, vətəndaşlara hüquqi yardımlar göstərilmişdir. Müraciətlər barədə verilmiş göstərişlərin icrası təmin edilmişdir.
Yığıncaqda rayon Maliyyə idarəsinin müdiri Mehman Allahverdiyev, Suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov  çıxış etmişlər.
  Yığıncaqda  Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişdir.
Yığıncaq  Bərdə rayonun 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabatı üzrə müvafiq qərar qəbul etmişdir.

Keçidlər