Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradırnaq kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

16 may 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
             Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları  və qarşıda duran vəzifələrə həsr olunmuş 30 aprel 2019-cu il tarixli iclası barədə mlumat verdi, rüb ərzində rayonda görülmüş işlər barədə məlumat verdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsi, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırmış, ölkəmizin sosial-iqtisadi inkişafınının xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaradırnaq kəndində həyata keçirilən layihələrdən, görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.  
Son illər Qaradırnaq kəndi qazlaşdırılmış, kənddə həkim məntəqəsi tikilmış, avadanlıq və inventarlarla təmin edilmiş,  kənddə içməli su üçün 1 ədəd subartezin quyusu qazılmış,  Hacılar-Hüseyalılar-Qaradırnaq kəndlərarası 3 km yol cari təmir edilmiş, qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin olunmuş, kəndə sürətli internet verilmiş,  kəndin 17,9 daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, kəndin elektrik şəbəkəsinin yenidən qurulmasına və elektrik xətlərinin kabelləşdirilməsinə başlanmışdır.
Hazırda kənddə 56,9 hektar sahədə pambıq əkilmiş və becərilir, 4 qutu ipək qurdu saxlanılır. 
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Məhəmməd Sadıqov kəndin “Ceyranlı” adlanan hissəsində sahə yolunun təmir edilməsi, Mətanət Alıyeva həkim məntəqəsinə təbii qaz verilməsi, Fərhad Baxşəliyev kəndin təzə məhlələr adlanan hissəsində elektrik şəbəkəsinin yenidən qurulması, Bəhruz Həsənov telefon şəbəkəsinin normaya gətirilməsi, Xuraman Hacıyeva oğluna həyətyanı torpaq sahəsi verilməsi, Surət Eldarlı ünvanlı sosial yardım təyin edilməsi, Arzu İsgəndərova torpağının zəbt olunması, Məlahət Abdullayeva kənd körpələr evi-uşaq bağçasının təmiri və yeni bina tikilməsi barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər