Şriftin ölçüsü :

Saytın rəngi :

Körpüsındıran kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

23 may 2019 | 16:00

Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
             Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları  və qarşıda duran vəzifələrə həsr olunmuş 30 aprel 2019-cu il tarixli iclası barədə, cari ilin ötən dövrü ərzində rayonda görülmüş işlər barədə məlumat verdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsi, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırmış, ölkəmizin sosial-iqtisadi inkişafınının xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Körpüsındıran kəndində həyata keçirilən layihələrdən, görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.  
Son illər Körpüsındıran kəndi qazlaşdırılmış, kəndin sakinlərinin də istifadə etdiyi 17,5 km uzunluqda Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolu yenidən qurulmuş, yolun kənarları abadlaşdırılmış, kənddə içməli su üçün 1 ədəd subartezian quyusu qazılmış, kəndin içməli su şəbəkəsi tikilmiş,  kəndin 4 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, kənd qəbirstanlığı abadlaşdırılmış, qəbirstanlıq hasarlanmış, 1 ədəd suvarma subartezian quyusu bərpa edilmiş, kəndin ərazisindən keçən torpaq kanalın 0,3 km hissəsi lildən təmizlənmiş, kənddəki xidmət obyektləri müasir memqarlıq üslubunda yenidən qurulmuş, kəndə sərnişin avtobus marşurutu açılmış, kəndin elektrik şəbəkəsinin yenidən qurulmasına və elektrik xətlərinin kabelləşdirilməsinə başlanmışdır.
Kənddə yazlıq əkinlər optimal müddətdə əkilmiş, hazırda kənddə 25 hektar sahədə pambıq becərilir, 6 qutu ipək qurdu saxlanılır. 
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Akif Zamanov küçələrdə əlavə içməli su krantları qoyulması, Həsənov Şakir pay torpağının baş tərəfində olan elektrik dirəklərinin düzəldilməsi, Aydın Hüseynov suvarma arxının təmizlənməsi, Arif Hüseynov kəndin elektrik xətlərinin kabelləşdirilməsinin başa çatdırılması, Rasim İsmayılov kənddə poçtamt açılması, Atakişi İsmayılov elektrik xəttində qəza törədən söyüd ağacının kəsilməsi, Əhliman Allahverdiyev birdəfəlik maddi yardım göstərilməsi barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, aidiyyatı üzrə izahat verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər