Şriftin ölçüsü :

Saytın rəngi :

3 may 2013-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş tədbir

04 may 2013 | 15:00

 

          Yığıncaqdan əvvəl rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
          Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı eksponat və şəkillərə baxılmış,tədbir rayon Mədəniyyət evində keçirilmiş,foyedə ulu öndər Heydər Əliyevin 90 iilliyi ilə bağlı təşkil edilmiş  kitab sərgisinə baxış keçirilmişdir.
             Tədbirdə ulu öndər Heydər Əliyevlə görüşmüş Bərdədən kənarda yaşayan  tanınmış ziyalılar – Bərdə rayonundan Milli Məclisə deputat seçilmiş hörmətli Zahid Oruc, Bərdənin ilk qadın Millət vəkili, Prezident təqaüdçüsü hörmətli Tərlan xanım Musayeva,Texnika elmləri doktoru,Çexiya dövləti Moraviya Texniki Universitetində professor, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin rəhbəri hörmətli Azər Kərimov, Tarix elmləri doktoru hörmətli Qasım Hacıyev, hüquq elmləri doktoru, Kiyev Universitetinin professoru hörmətli Arif Quliyev iştirak etmişlər.
             Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab V.İ. İsayev   aparmış, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
             Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab V.İ.İsayev ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanmış məruzəni təqdim etdikdən sonra Milli Məclisin deputatı cənab Zahid Oruca,Prezident təqaüdçüsü Tərlan xanım Musayevaya, Texnika elmləri doktoru,Çexiya dövləti Moraviya Texniki Universitetində professor, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin rəhbəri cənab Azər Kərimova, Tarix elmləri doktoru cənab Qasım Hacıyevə, hüquq elmləri doktoru, Kiyev Universitetinin professoru cənab Arif Quliyevə çıxış üçün söz vermiş onlar çıxışlarında Ümummilli lider Heydər Əliyevlə görüş xatirələrindən ətraflı danışmışlar.
          Eyni zamanda rayon rəhbəri, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan mədəniyyəti” mövzusunda uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında  Mədəniyyət və Turizm nazirliyi tərəfindən  keçirilmiş respublika bilik müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik edərək onlara hədiyyələr təqdim etmişdir.
             Sonda yubiley münasibətilə rayon mədəniyyət evinin hazırladığı konsert proqramına baxılmışdır.

Keçidlər