Şriftin ölçüsü :

Saytın rəngi :

Umudalılar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

30 may 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışdı, ölkə başçısının imzaladığı sərəncamlarla əhalinin xeyli hissəsinin maddi-rifah halının yüksəldiyini, problemli kreditlərin həll edildiyini bildirdi, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi.  Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. Mehdixanlı kənd    inzibati ərazi dairəsi ölkəmizlə birlikdə inkişaf edib, inzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, sakinlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunurlar.
Son illər Umudalılar kəndi  qazlaşdırılmış, Umudalılar  kənd sakinlərinin də istifadə etdiyi Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulub, kəndin içməli su şəbəkəsi tikilib, hər evə içməli su verilib, küçələrdə 6 bulaq inşa edilib, kəndin baş yolu əsaslı təmir olunub və asfaltlaşdırılıb, daxili yolları qum-çınqıllaq əsaslı təmir edilib, kənddə 100 kv-luq transformator quraşdırılıb, elektrik şəbəkəsi tam kabelləşdirilib, təsərrüfatdaxili 1,2 km arxlar lildən təmizlənmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Şəfi Məmmədov kəndin ərazisindən keçən suvarma kanalının təmizlənməsi, Əflatun Nağıyev kəndin ərazisində 1 ədəd subartezian quyusunun qazılması, Zəminə Hümbətova evinə qaz çəkilməsi, Şərafət Nağıyeva Transformatordan gələn elektrik xəttinin həyətindən keçməsi və qəzalı vəziyyətdə olması, Fazil Tağıyev İşlə təmin olunması barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə  respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər