Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilmişdir.

04 iyun 2019 | 16:00
İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının konfrans zalında   YAP Bərdə rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri konfrans iştirakçılarını   salamladılar. Sonra Dövlət Himni səsləndirildi.
Konfransı Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq  Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışdı. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 40 faizini gənclər təşkil edir.
Konfransda YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 11 min 257 nəfər üzvündən 3455-i gənclərdir. rayonun ictimai-siyas
Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Tamam Hüsüzadə, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etdilər.
Sonra YAP rayon təşkilatı Gənclər Birliyi Şurasına 17 və İdarə Heyətinə 9 nəfərdən ibarət  yeni tərkibi seçilib
YAP rayon təşkilatı Gənclər Birliyinə  1991-ci il təvəllüdlü, ali təhsilli, Bərdə rayon Kürdborakı kənd tam orta məktəbində müəllim  Məmmədov Elşən Ramiz oğlu YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi.
Partiyanın gənc fəalları Fuad Ağayev və Nərgiz Quliyeva YAP Bərdə rayon təşkilatı Gənclər Birliyi sədrinin müavini seçilmişlər.
  Konfransda YAP Bərdə rayon təşkilatı   üzvlərindən YAP Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilmişdir.
Konfransda qərar layihəsi qəbul edildi.
Rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev, Millət vəkili İlham Məmmədov konfransda çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bugün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin dövlət müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərindən, dövlətimizin gələcəyinin daha parlaq olacağından danışmışlar. Həmin çıxışlarda Bərdə rayon gənclərinin rayonun ictimai-siyasi həyatındakı fəallıqları təqdir olunaraq önə çəkilmişdir.
Konfransda YAP- na yeni qəbul olunmuş gənclərdən bir qrupuna YAP üzvlük vəsdiqələri təqdim olunmuşdur.
Yekunda Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti  cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Keçidlər