Şriftin ölçüsü :

Saytın rəngi :

Mirasəfli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

13 iyun 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışdı, ölkə başçısının imzaladığı sərəncamlarla əhalinin xeyli hissəsinin maddi-rifah halının yüksəldiyini, problemli kreditlərin həll edildiyini bildirdi, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi. Beynəlxalq əhəmiyyətli yarışlara Azərbaycanın layiqli ev sahibliyi etməsindən danışdı Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır.
Həsənqaya kənd    inzibati ərazi dairəsi ölkəmizlə birlikdə inkişaf edib, inzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, sakinlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunurlar.
Son illər Mirasəfli kəndi  qazlaşdırılmış,Mirasəfli  kənd sakinlərinin də istifadə etdiyi Yenidaşkənd–Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulub, kəndin içməli su şəbəkəsi tikilib, hər evə içməli su verilib,   kəndin baş yolu əsaslı təmir olunub və asfaltlaşdırılıb, daxili yolları qum-çınqılla əsaslı təmir edilib,  təsərrüfatdaxili 0,2 km arxlar lildən təmizlənmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri  Kamran Qasımov uzun illərdən bəri işləməyən subartezian quyusunun bərpası, Müsabi Məmmədov kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Vüsal Məhərrəmov ixtisası üzrə işlə təmin olunması, Arif Məmmədov evlərinin yanında olan transformatorun dəyişdirilməsi,
Həsən Abbasov kəndin elektrik şəbəkəsinə ayrıc qoyulması və Nurəddin Şirinov kəndin “Qobu” adlanan ərazisində açıq dren kanalın lildən təmizlənməsi
barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə  respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər