Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunmuşdur.
14 iyun 2019 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev tədbiri açaraq ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmış, o zaman ölkədə baş verən hadisələri bir daha xatırlatmışdır. Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbir Regional Bərdə Mədəniyyət idarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilmişdir.